Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sarkisyan Türkiyəni üzr istəməyə çağırdı


Ermənistan prezidenti Serj Sərkisyan xalqa müraciət yayıb.


Məlumata görə, qondarma erməni soyqırımının 99-cu ilində xalqa səslənən Sərkisyan Türkiyəni 1915-1923-cü illər arasında Osmanlı imperiyasında baş verənlərə görə üzr istəməyə çağırıb: “Osmanlı imperiyasının varisi olan Türkiyə bu faktı dandıqca soyqırımını başa catmış saymaq mümkün deyil. Yalnız cinayətin etirafı və pislənməsi oxşar hadisələrin qarşısını ala bilər. Biz soyqırımının 100 illiyi ərəfəsindəyik. Bu, Türkiyəyə üzr istəmək və tarixi ləkəni üstündən silmək şansı verir”.  
 
Dövlət başçısı ermənilərin Türkiyə cəmiyyətini düşmən qismində görmədiyini vurğulayıb: “Biz o ağır günlərdə öz həyatını təhlükəyə ataraq çoxsaylı ermənini qırğından xilas edən türkləri unutmuruq. Hər cəmiyyət, o cümlədən türklər insan həyatını qurtaran, soyqırımına qarşı çıxan əcdadları ilə fəxr etməlidir”.
 
Sərkisyan Türkiyəni Ermənistanla sərhədləri açmağa, normal qonşuluq münasibətləri qurmağa səsləyib.
 
Saxta soyqırımı iddialarına görə, 1915-ci ildən 1923-cü ilə kimi Türkiyədə 1 milyon 500 min nəfər erməni öldürülüb. Olayların 1915-ci il aprelin 24-də Osmanlı imperiyasının paytaxtı İstanbulda erməni ziyalıların kütləvi həbsi və daha sonra öldürülməsindən başladığı iddia olunur. (Media forum)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

“Bavariya” və “Mançester Yunayted” arasında məşqçi mübadiləsi baş tuta bilər

Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”

Ən çox oxunanalar