Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Salyanda meyiti tapılan şəxsi gözətçi güllələyib - Yenilənib

Salyanda meyiti tapılan şəxsi gözətçi güllələyib...

Hadisə ötən gecə saatlarında Qaraçala kəndi ərazisində qeydə alınıb.

İlkin ehtimala görə, gölə balıq tutmaq üçün gələn 2 nəfər gözətçi, 1995-ci il təvəllüdlü Abdullayev Rəşad Valeh oğlu tərəfindən güllələnib.

Hadisə nəticəsində rayonun Kürsəngi kənd sakini, 1995-ci il təvəllüdlü Qarayev Asif Gəray oğlu hadisə yerində ölüb, onun həmkəndlisi 1996-cı il təvəllüdlü Aydınov Fərzalı Vidadi oğlu isə güllə yarası alıb.

Sonuncu Salyan rayon xəstəxanasına yerləşdirilib.

Hazırda silahlı insidentin baş verdiyi ərazidə istintaq hərəkətləri davam etdirilir.

***

İyunun 16-da saat 04 radələrində 1996-cı il təvəllüdlü Asif Qarayevin odlu silahla qətlə yetirilmiş meyitinin rayonun Qaraçala ərazisində yerləşən süni balıq gölünün kənarında aşkar edilməsi barədə məlumat daxil olub.

Salyan rayon prokurorluğundan verilən məlumata görə, prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilən zaman meyitin yaxınlığından 2 ədəd giliz, içərisində 1 ədəd patron olan tüfəng, qanabənzər maddələr və balıq tutmaq üçün nəzərdə tutulmuş tor aşkar edilib müvafiq qaydada qablaşdırılaraq götürülüb.

Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.

Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin dairəsinin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.(apa)

pia.az


Etiket: Salyan qətl


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

İsmayıl Haniyə Paşinyanla niyə görüşmək istəyirmiş?

"Eagle Partner 2024" təlimi: Azərbaycan, Rusiya və İran hədəfdə

Mehriban Əliyeva parataekvondoçu Sabir Zeynalovu təbrik edib

Ən çox oxunanalar