Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Salyanda məktəbdə şagirdi beşbarmaqla döydülər - Foto

Salyan rayonunda şagird məktəbdə döyülüb...

Belə ki, rayonun 2 saylı tam məktəbində təhsil alan iki şagird birlikdə digər sinif yoldaşını döyüb.

Uşaq Salyan Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Bildirilib ki, onlar uşağı dəmir beşbarmaqla döyüblər.

İddia edilib ki, hadisəni törədən şəxslərin valideynləri - iş adamı və bank işçisi olduqları üçün ailəyə polisə müraciət etməmək üçün təzyiq olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Salyan Rayon Polis Şöbəsinə rayondakı məktəblərin birində şagirdin xəsarətlər alması ilə bağlı rayon mərkəzi xəstəxanasına müraciət etməsi barədə məlumat daxil olub:

“Daxil olan məlumatla əlaqədar Salyan RPŞ-nin İstintaq Bölməsində müvafiq araşdırmalara başlanılıb. Araşdırmalar zamanı məlum olub ki, məktəbli sinif yoldaşları ilə futbol oynayan zaman digər şagirdlə aralarında mübahisə yaranıb.

Material üzrə müvafiq ekspertiza təyin olunub və valideynlərinin iştirakı ilə məktəblilərin izahatları alınıb.

Ekspertizanın rəyindən və aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Şirvan-Salyan Regional Təhsil İdarəsinin nümayəndəsi Gülay Qanbayzadə saytımıza açıqlamasında bildirib ki, artıq məsələ barədə məlumatlıdırlar:

“İdarə tərəfindən də məsələ barədə araşdırma aparılır”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2008-ci il təvəllüdlü N.Tağızadə TƏBİB-in tabeliyindəki Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə daxil olub:

“Ona burun nahiyəsinin küt travması, qapalı kəllə-beyin travması diaqnozu qoyulub, Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda tibb müəssisəsinin Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti stabildir”.

Poliqon.info


Etiket: məktəb şagird


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ən çox oxunanalar