Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şahin Cəfərli: ““Sülh çeşməsi” əməliyyatı üçün siyasi-diplomatik hazırlıq bərbad aparılıb”

Çin hansı səbəbdən “Sülh çeşməsi” əməliyyatı ilə bağlı ABŞ və Avropa Birliyi ilə eyni cəbhədən çıxış edir?..

Politoloq: “Çin Türkiyənin hərbi əməliyyatları nəticəsində Suriyada cihadçı terror təhlükəsinin yenidən baş qaldıracağından ehtiyatlanır”.

“İstər Çində, Rusiyada və İranda, istərsə də Qərbdə Türkiyənin Suriyadakı silahlı qruplarla əməkdaşlığına şübhə və ehtiyatla baxırlar”.

Bu sözləri politoloq Şahin Cəfərli Çinin Türkiyənin “Sülh çeşməsi” əməliyyatını sərt bir şəkildə tənqid etməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi Türkiyə ordusu və dəstək qüvvələri oktyabrın 9-da Suriyanın şimal-şərqində “Suriya Demokratik Qüvvələri” koalisiyasının nəzarətində olan ərazilərdə əməliyyata başladı. Əvvəlcə artilleriya və aviasiya qüvvələri YPG mövqelərini vurmağa başlayıb, gecə saatlardan etibarən isə quru qüvvələri Suriya ərazisinə daxil olub. Əməliyyatın ilk günündə YPG-yə məxsus 181 nöqtə Türkiyə ordusu tərəfindən vurulub.

Ancaq Türkiyənin Suriya ərazisində növbəti əməliyyatı gözlənildiyi kimi, etirazlarla qarşılanıb. Əsas etirazlar bu əməliyyata faktiki olaraq “yaşıl işıq” yandıran Vaşinqtondan gəlib. Trampın Türkiyə hökumətinə dəstək verməsi Vaşinqtonda siyasi dairələrdə qəzəblə qarşılanıb. ABŞ senatorları respublikaçı Lindsi Qrem və demokrat Kris Van Vollen Türkiyəyə qarşı sanksiya layihəsi hazırlayıb. Qanun layihəsində Türkiyənin prezidenti də daxil olmaqla, bir sıra hökumət üzvlərinə qarşı sanksiyalar da nəzərdə tutulub. Qrem yaydığı açıqlamada qeyd edib ki, administrasiya bu layihəyə qarşı olsa da, onlar layihəyə hər iki partiyadan ciddi dəstək gözləyirlər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hərbi əməliyyatla bağlı qınamalara cavab verib. Ərdoğan deyib ki, əməliyyatın məqsədi Suriyanın ərazi bütövlüyünün təmin olunmasıdır: “PKK-nın, YPG-nin işğalını görməyənlər, bu dəqiqə bizim Suriyanın birliyi və bütünlüyü uğurunda apardığımız addımı tənqid edirlər. Siz kənara durun, biz yolumuza davam edək”.

Çinin Xarici İşlər Nazirliyindən verilən açıqlamada isə Türkiyənin “Sülh çeşməsi” əməliyyatı sərt bir şəkildə tənqid edilib və Türkiyədən əməliyyatı durdurmaq tələb edilib.

Bu məsələdə Çinin ABŞAvropa Birliyi ilə eyni cəbhədən çıxış etməsinin səbəbləri barədə nə demək olar və Çinin Suriyadakı hansı maraqları Pekini “Sülh çeşməsi” əməliyyatına qarşı olmağa vadar edir?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Şahin Cəfərli ilə müzakirə edib.

Şahin Cəfərli: “Çin istəyir ki, Suriyanın bütün əraziləri mərkəzi hökumətin nəzarətində olsun. Oradakı bütün terrorçular və qanunsuz silahlı dəstələr zərərsizləşdirilsin”.

İstər İŞİD-in, istərsə də digər radikal cihadçı qrupların tərkibində Çin vətəndaşlarının olduğunu xatırladan politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, Çin dövləti terrorçuların elə Suriyadaca məhv edilməsində və geri qayıtmamalarında maraqlıdır. Çünki onlar geri dönərlərsə, sıralarına başqa Çin vətəndaşlarını cəlb etmək şansları olacaq. Pekin düşünür ki, Türkiyənin əməliyyatları buna maneçilik törədir və Suriyada xaosu artırır:

“Çin Türkiyənin hərbi əməliyyatları nəticəsində Suriyada cihadçı terror təhlükəsinin yenidən baş qaldıracağından ehtiyatlanır. Bilirsiniz ki, əvvəl kürdlərin nəzarətində olmuş, son günlər isə Türkiyənin nəzarətinə keçmiş ərazilərdəki təcridxanalardan terrorçuların qaçması faktı qeydə alınıb. Ankara onların YPG tərəfindən qəsdən azadlığa buraxıldığını bildirir, amma hər halda, faktdır ki, bu hadisə Türkiyənin hücumundan sonra baş verib.

İstər İŞİD-in, istərsə də digər radikal cihadçı qrupların tərkibində Çin vətəndaşları da var. Söhbət uyğurlardan və digər çinli müsəlmanlardan gedir. Çin dövləti maraqlıdır ki, onlar elə Suriyadaca məhv edilsin və geri qayıtmaq, eləcə də öz sıralarına başqa Çin vətəndaşlarını cəlb etmək şansları qalmasın. İndi Pekin düşünür ki, Türkiyənin əməliyyatları buna maneçilik törədir və Suriyada xaosu artırır.

Şahin Cəfərli: “Türkiyə öz problemlərini, əməliyyatın səbəb və məqsədlərini dünyaya yaxşı izah edə bilməyib”.

Eyni zamanda, istər Çində, Rusiyada və İranda, istərsə də Qərbdə Türkiyənin Suriyadakı silahlı qruplarla əməkdaşlığına şübhə və ehtiyatla baxırlar.

Ümumən Türkiyənin Suriyadakı fəaliyyəti Qərbdə və Şərqdə şübhə ilə qarşılanır. Çin maraqlıdır ki, Suriyanın bütün əraziləri mərkəzi hökumətin nəzarətində olsun. Oradakı bütün terrorçular və qanunsuz silahlı dəstələr zərərsizləşdirilsin. Türkiyənin addımları isə bunu əngəlləyən amil kimi qəbul olunur.

Ümumiyyətlə, onu qeyd etmək lazımdır ki, “Sülh bulağı” əməliyyatı üçün siyasi-diplomatik hazırlıq bərbad aparılıb. Bütün dünya bu əməliyyata qarşı çıxır. Türkiyə öz problemlərini, əməliyyatın səbəb və məqsədlərini dünyaya yaxşı izah edə bilməyib”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar