Sabirabadda bıçaqlanma hadisəsi baş verib...
APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərinə görə, Sabirabad rayonunun Əsədli kənd sakini, 1971-ci il təvəllüdlü Əhmədova Leyli Əliqulu qızı bıçaqlanma diaqnozu ilə Şirvan xəstəxanasına çatdırılaraq əməliyyata götürülüb.
Yaxınlarının bildirdiyinə görə, qadın özü-özünə bıçaq xəsarəti yetirib.
Faktla bağlı araşdırma aparılır.
pia.az