Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq erməni deputat: Paşinyan hakimiyyətinin təcrübəsi çatmır

Ermənistanın yeni hakimiyyətinin ciddi problemləri həll etmək üçün təcrübəsi çatışmır

Bunu buraxılmış parlamentin Respublika Partiyasından olan deputatı Xosrov Arutyunyan deyib.

O bildirib ki, daxili və xarici siyasətdə mürəkkəb problemlərin həlli üçün təkcə ixtisaslaşmış deyil, həm də təcrübəli parlament lazımdır:

"Söhbət ondan gedir ki, yeni parlamentin peşəkarlığı yoxdur. Hansısa sahədə biliklərə malik olmaq kifayət deyil, mürəkkəb vəziyyətlərdə qərar qəbul etməyi bacarmaq üçün təcrübə də lazımdır. Bu təcrübə isə xüsusilə hakim qüvvədə çatışmır ki, bu da ikiqat təlaşlandırır".

X.Arutyunyan qeyd edib ki, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin danışıqlar prosesinə cəlb edilməsinə cəhdləri əslində erməni tərəfinin danışıqlar prosesini dondurması ilə nəticələnir: "Bütün bunlar təcrübəsizlikdən yaranır".

Sabiq deputat rəsmi Yerevanın qondarma rejimin hərbi rəhbərliyi ilə münasibətlərinin gərginləşməsini son dərəcə arzuolunmaz adlandırıb. O, qondarma rejimin hərbi rəhbərliyinin Ermənistan üçün əhəmiyyətli faktor olduğunu da bildirib.(Trend)

pia.az


Etiket: Paşinyan Deputat

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı

Ən çox oxunanalar