Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq deputatdan Mirmahmud Mirəlioğlu ilə bağlı açıqlama


“Onunla danışıb məsləhətləşmişik, iki-üç günə məsələni həll edəcəyik”


Müxalifət partiyaları parlament seçkiləri ilə bağlı namizədlər siyahılarını açıqlayıblar. Proses hələ də davam edir. Açıqlanan siyahılarda diqqətçəkən məqamlardan eyni dairədə iki və daha çox tanınmış müxalifətçinin namizədliyinin irəli sürülməsidir. 

Belə dairələrdən biri 43 saylı Sumqayıt seçki dairəsidir. Həmin seçki dairəsindən Müsavat Partiyası 2005-2010-cu illərdə bu dairənin deputatı olmuş Divan üzvü İkram İsrafilin namizədliyini irəli sürüb. “Azadlıq 2015" seçki blokunun namizədlər siyahısında isə həmin dairədən KXCP sədri Mirmahmud Mirəlioğlu namizəd kimi qeyd olunub. 

İkram İsrafillə əlaqə saxlayıb Mirmahmud Mirəlioğlu kimi tanınmış siyasətçi ilə eyni dairədə mübarizə aparmağın çətin olub-olmayacağını, bir-birinə güzəştə gedə biləcəklərinin mümkün olub-olmadığını soruşduq. 

 


İkram İsrafil hələ iki ay öncə “Yeni Müsavat” qəzetinin suallarını cavablayan zaman ya 30 ildən çoxdur yaşadığı 43 saylı Sumqayıt 3-cü seçki dairəsindən,  ya da doğulduğu və millət vəkili olduğu dövrdə çoxsaylı işlərin görülməsinə nail olduğu 115 saylı Şəki kənd seçki dairəsindən namizəd olacağı barədə dediklərini xatırlatdı. Sonra bildirdi ki, namizədliyini 43 saylı seçki dairəsindən verəcəyini açıqladıqdan sonra Mirmahmud Mirəlioğlunun da 43 saylı dairədən namizəd irəli sürüldüyünü mediadan öyrənib: “Hörmətli Mirmahmud ağayla illərdən gələn qarşılıqlı səmimi münasibətimiz var və davam edir. Ağayla danışıb məsləhətləşmişik , inşallah iki-üç günə bu məsələni həll edəcəyik”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ən çox oxunanalar