Bazar, 26 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabah hava necə olacaq?

Bakı və Abşeron yarımadasında yanvarın 10-da hava şəraitinin qeyri-sabit olacağı, arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir


Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında  mülayimləşəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə və gündüz 2-5 dərəcə isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarında yanvarın 10-da bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, əsasən şimal və şərq rayonlarında  intensiv olacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir  güclənəcək.
 
Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. 
 
Tibbi-meteoroloji proqnoza əsasən, yanvarın 9-u axşamdan 10-u axşamadək Abşeron yarımadasında  güclü xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əfv sərəncamına əsasən dörd qadın məhbus azad edili

Qazaxın işğaldan azad edilən dörd kəndinin sakinləri doğma yurdlarında - Video

Ermənistanda keşiş Paşinyanın postuna namizəd oldu

İsrail Ordusu Cenin şəhərində əməliyyat keçirir

Paytaxtdakı uşaq bağçasında çəkilən kadrlar müzakirələrə səbəb olub

Qazaxda çay daşıb, yaşayış sahələrini su basıb

Azərbaycanda hotellərə ulduz dərəcəsi hansı meyarlara görə verilir?

Ən çox oxunanalar