Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada azərbaycanlıların televiziya kanalı dövlət qeydiyyatından keçib

Rusiyada azərbaycanlıların televiziya kanalı qeydiyyatdan keçib...

APA-nın Moskva müxbiri xəbər verir ki, "Livetvaz" adlı Rusiya Azərbaycanlılarının telekanalı Rabitə, İnformasiya Texnologiyaları Kütləvi Kommunikasiya sahəsinə nəzarət üzrə Federal Xidmət (Roskomnadzor) tərəfindən 5 aprel 2024-cü il tarixində dövlət qeydiyyatına alınıb.

Telekanalın rəhbəri, Rusiya Jurnalistlər İttifaqının üzvü, Birinci Qarabağ müharibəsi veteranı Rafiq Əliyev APA-nın Moskva müxbirinə açıqlamasında "Livetvaz" -ın əsas məqsədinin Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı məlumatları rus dilində Rusiya auditoriyasında çatdırmaq olduğunu söyləyib: "Rusiyada milyondan çox azərbaycanlı yaşayır. Bizim öz televiziya kanalımızın olması çox önəmli hadisədir. Rusiya qanunvericiliyində edilən son dəyişikliklər səbəbindən telekanalı qeydiyyatdan keçirmək çox mürəkkəb prosesdir. Çox çətinliklə də olsa, biz" "Livetvaz" -ı dövlət qeydiyyatından keçirə bildik. Hələlik ancaq internet üzərindən yayımlanırıq. "Livetvaz" Rusiya telekanalıdır, Rusiya azərbaycanlılarının televiziya kanalıdır. Təbii ki, Rusiya qanunlarına əsasən fəaliyyət göstərəcəyik. Azərbaycan filmlərini rus dilində, Rusiya filmlərini Azərbaycan dilində dublyaj edib yayımlamağı qarşımıza vəzifə qoymuşuq. Artıq belə bir təcrübəmiz var, iki filmi dublyaj etmişik. Bundan başqa, "Livetvaz" -ın Rusiyada kabel televiziyaları və İPTV operatorlarında Rusiya telekanallarının siyahısına qoşulması ilə bağlı danışıqlar aparırıq".

R. Əliyev telekanalın artıq test rejimində fəaliyyətə başladığını, iki dildə, Azərbaycan və rus dillərində yayımlandığını, çox yaxşı monitorinq nəticələri göstərdiyini əlavə edib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar