Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya zəlzələsi ətrafı da vurur

Beynəlxalq reytinq agentlikləri ağır sanksiyalar altına düşmüş Rusiyanın borclarını ödəyə bilməmək durumuna – defolta getdiyini bəyan edir.

Novator.az-ın məlumatına görə, London İqtisadiyyat Məktəbinin professoru, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Beynəlxalq Valyuta Fondunun da Rusiyada defoltun mümkünlüyü qənaətinə gəldiyini yazır:

Rusiya iqtisadiyyatının batacağı barədə proqnozlar təsdiq olunur. Ən pisi odur ki, Rusiya özü ilə bərabər orbitindəki ölkələri də tənəzzülə sürükləyir. Rusiya iqtisadiyyatının hazırkı vəziyyəti birinci növbədə Avrasiya İqtisadi İttifaqına üzv ölkələri – Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstanı vuracaq. Böhran Tacikistan, Özbəkistan, Türkmənistana və hazırkı siyasəti davam etdirərsə, Azərbaycana da təsir edə bilər.

Azərbaycan hökuməti Rusiyaya sanksiyaların tətbiqindən sonra regionda formalaşan yeni meyilləri, qərarlaşan tendensiyaları müxtəlif ssenarilər üzrə qiymətləndirməli və qısa müddət ərzində adekvat proqramlar qəbul etməlidir. Rusiya sərmayəsi olan banklar və şirkətlərlə bağlı vəziyyətə aydınlıq gətirilməli, bankların son günlər valyuta mübadiləsi ilə bağlı manipulyasıyalarının (bəzi banklar dollar alır, satmır, rubl almır, satır), ölkədən valyuta çıxarılmasının qarşısı alınmalıdır, yoxsa Azərbaycanda ayrıca rus bankları və şirkətləri defolt ola və manatın kövrək sabitliyi pozula bilər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ceyhun Bayramovdan şifrəli mesajlar... - Ermənistan Azərbaycandan nələri istəyir?

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Sabiq VHP-çi Məhəməliyevə YAP-çı deputat mandatı halaldırmı?

Ən çox oxunanalar