Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya XİN: Fransa ikiüzlü müstəmləkə siyasəti yürüdür    

Rusiya Fransa hüquq-mühafizə orqanlarının və hərbçilərinin yerli əhaliyə qarşı tətbiq etdiyi metodların qəbuledilməzliyini dəfələrlə qeyd edib...

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “news.ru”nun sualını cavablandırarkən deyib.

"Biz qeyd edirik ki, beynəlxalq ictimaiyyət dekolonizasiya prosesinin başa çatmadığını görür", - o bildirib.

M.Zaxarova qeyd edib ki, Paris başqa ölkələrdəki seçkilərlə bağlı qiymətləndirmələrində obyektiv deyil.

“Görün, Paris bu və ya digər ölkədə keçirilən seçkiləri hansı narahatlıq, təşviş və aşkar maniakallıqla qiymətləndirir, dünyanın bu və ya digər regionunda söz azadlığının vəziyyətinə necə qiymət verir. Bu da onların öz sözləri ilə desək, cavabdeh olduqları ərazidir. Görün, orada nə baş verir. Onlar etdiklərinə görə cavab verməyə hazır deyillər", – XİN rəsmisi vurğulayıb.

O bildirib ki, Fransanın dənizaşırı ərazilərində sosial-iqtisadi gərginlik qalmaqdadır və Fransa hakimiyyəti problemlərin əsas səbəbini aradan qaldırmaq əvəzinə, kütləvi siyasi repressiyalar həyata keçirmək qərarına gəlib.

"Onlar əvvəlcə öz problemlərini, ya da məsul olduqları ərazilərdəki problemləri həll etməlidirlər. Nə üçün başqalarına dərs vermək, hətta qınamaq hüququna malik olmalıdırlar?", – M.Zaxarova əlavə edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb

Azərbaycanı 75-ci Beynəlxalq Astronavtika Konqresində 50-dən çox gənc təmsil edəcək

Ən çox oxunanalar