Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya-Ukrayna müharibəsində Putinin həlledici səhvi nə olub?

Müharibənin gedişatında Kreml administrasiyasının bir sıra yanlış addımları olduğunu və bunun da müharibənin gedişinə təsir etdiyini demək olarmı?..

Hərbi-ekspert: “Ukraynada keçirilən əməliyyatlarda Rusiya strateji planlaşdırmada bir çox yanlışlara yol verdi. İlk növbədə texnikalarının fəaliyyətləri üçün o qədər də uyğun olmayan ərazilərdə Rusiya qoşunları daha çox texnikaya bağlı olaraq hərəkət etdilər”.

“Müharibədə həm insan resursları, həm də hərbi texnika resursları baxımdan kifayət qədər üstünlüyə malik olan Moskva Ukraynada çox böyük itkilərə məruz qalır”.

Bu sözləri hərbi-ekspert Ədalət Verdiyev Rusiya-Ukrayna müharibəsinin ötən 1 ilini Poliqona-a şərh edərkən qeyd edib.

16 gündən sonra Rusiya-Ukrayna müharibəsinin 1 ili arxada qalır və hələ də tərəflərin, xüsusilə də Moskvanın ciddi uğuru nəzərə çarpmır. Bu isə həm ordu daxilində, həm də cəmiyyətdə ruh düşkünlüyünə səbəb olmaqla yanaşı, Kremlin sorğulanmasına zəmin yaradır.

Bəs müharibənin 1 ili barədə nə demək olar? Rusiya-Ukrayna müharibəsində Kreml administrasiyasının bir sıra yanlış addımları olduğunu və bunun da müharibənin gedişinə təsir etdiyini demək olarmı? Putinin səhvləri arasında həlledici səhv olaraq nəyi göstərmək olar?

Mövzunu Poliqon-un əməkdaşı hərbi-ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “Kremlin ilk yanlış addımları ondan ibarət oldu ki, onlar Ukraynaya hücum etməklə Qərbin məsələyə bu qədər sərt reaksiya verəcəyini hesab etməmişdilər”.

Hazırda təşəbbüsün Ukrayna tərəfində olduğunu düşünən ekspert vurğulayıb ki, hazırda Ukraynanın müasir Qərb silahları ilə silahlandırılması prosesi davam edir:

Rusiya-Ukrayna müharibəsinin ilk aylarında təşəbbüs Rusiya tərəfində idi. Rusiya Luqansk və Donetsk vilayətlərindən başqa həm Xarkov, həm Sum, həm Çernekov vilayətlərinə girə bilmişdi. Eyni zamanda da Belarus ərazisindən Ukraynanın Çernobıl vilayətinə müdaxilə edə bilmişdi. Bundan başqa Rusiya Kiyevin 25 kilometrliyində qədər gəlib çıxa bilmişdi.

Sonradan Rusiya Ukrayna ordusunun təziqləri qarşısında tab gətirməyib girdikləri vilayətlərin demək olar ki, böyük hissəsini tərk etməli oldu. İşğal olunan ərazilər Donetsk və Luqanskda, bir miqdarı isə Xarkov vilayətində mövcuddur. Başqa vilayətlərdən isə Rusiya ordusu geri çəkildi. Sonrakı dövrdə isə bu geri çəkilmələr işğal altına düşən Xerson şəhəri və Xerson vilayətindən də müşahidə olundu. Rusiya müharibənin başından Azov dənizi boyunca əraziləri əlində saxlamağa çalışdı və burada Berliansk və daha sonra uzun aylar mühasirədə saxladığı Mariopulu işğal edə bildi. Xatırladım ki, bu şəhərlər Ukraynanın Azov dənizində yerləşən çox vacib dəniz limanları şəhərləridir.

Müharibədə həm insan resursları, həm də hərbi texnika resursları baxımdan kifayət qədər üstünlüyə malik olan Moskva Ukraynada çox böyük itkilərə məruz qalır. Artıq sentyabr ayında Rusiya tərəfi qismət səfərbərlik elan edərək, 3 min nəfəri də orduya çağırdı. Lakin bu səfərbərliyin də üstündən artıq 4 aydan çox vaxt keçir. Amma hələ də bu səfərbərliyin Rusiya üçün hansı əhəmiyyət daşıdığını, hansı nailiyyətləri olması barədə biz heç nə deyə bilmirik.

Ədalət Verdiyev: “Rusiyanın vurulan texnikaları şəxsi heyətin əməliyyatı dayandırması ilə nəticələnirdi”.

Ukraynada keçirilən əməliyyatlarda Rusiya strateji planlaşdırmada bir çox yanlışlara yol verdi. İlk növbədə texnikalarının fəaliyyətləri üçün o qədər də uyğun olmayan ərazilərdə Rusiya qoşunları daha çox texnikaya bağlı olaraq hərəkət etdilər. Yəni Ukraynanın əlində çoxsaylı tank əleyhinə vasitələr var. Rusiyanın vurulan texnikaları şəxsi heyətin əməliyyatı dayandırması ilə nəticələnirdi. Başqa sözlə desək Rusiya qoşunlarını hazırlayarkən daim təlimlərdə şəxsi heyətlə texnikaların qarşılıqlı əlaqəsini yaradırdı. Təlimlər bunun üzərində qurulurdu. Bu təlimlər isə Ukrayna ərazisində tam əks effekt verdi. Bir daha qeyd edim ki, şəxsi heyət yerində olsa belə, vurulan texnikaların sıradan çıxması şəxsi heyətin döyüşləri dayandırması ilə nəticələnirdi. Birinci çətin problem idi.

İkinci çətin məsələ odur ki, Rusiya ordusu adaptiv silahli mübarizə metodlarına üstünlük vermirdilər. Yəni onların standart hazırlıqları var idi. Bu standart vəziyyətləri də bütün ərazilərdə tətbiq etməyə çalışırdılar. Bu isə nəticə vermir. Çünki qanunlar, təlimatlar və s. standart vəziyyət üçün nəzərdə tutulub, amma real döyüş şəraitlərinin dəyişməsinə, əməliyyat şəraitində baş verən proseslərə görə komandirlər bir reaksiya verməli idi. Yəni onlar bu şəraitdə necə uğur əldə etməklərini ortaya qoymalıdırlar. Biz bunu müharibənin son aylarına qədər Rusiya tərəfində müşahidə etmədik.

Ukrayna tərəfi isə tam əksini itdi. Onlar real vəziyyəti öz xeyirlərinə dəyişmək üçün daha irimiqyaslı həm silah, həm də texnika ilə manevrlər həyata keçirirdilər. Bu da müharibənin taleyində Ukrayna üçün kifayət qədər üstünlükləri təmin etmiş oldu.

Kremlin ilk yanlış addımları ondan ibarət oldu ki, onlar Ukraynaya hücum etməklə Qərbin məsələyə bu qədər sərt reaksiya verəcəyini hesab etməmişdilər. Yəni Moskva NATO, ABŞ, eyni zamanda Avropa ölkələrinin silahlarının onlara qarşı istifadə ediləcəyini nəzərə almadı. İkincisi isə Rusiya imkanlarını olduğundan daha artıq qiymətləndirdi. Ukrayna ordusunun potensialını isə Rusiya nəzərə almadı.

Ədalət Verdiyev: “Rusiya itkilərini rəsmi olaraq açıqlamasa da, ümumlildə Moskvanın itkilərinin yüz minin üzərində olduğu və Ukrayna tərəfindən iki dəfə çox insan itkilərinə, texnikalara məruz qaldıqları ehtimal olunur”.

Nəticə etibarilə də 4 günə planlaşdırılan müharibə 350 gündən artıqdır ki, davam edir. Bütün bunlar Rusiya tərəfinin rəqibi doğru-düstur qiymətləndirməməsinin nəticəsidir.

Rusiya itkilərini rəsmi olaraq açıqlamasa da, ümumlildə Moskvanın itkilərinin yüz minin üzərində olduğu və Ukrayna tərəfindən iki dəfə çox insan itkilərinə, texnikalara məruz qaldıqları ehtimal olunur. Yəni beynəlxalq təşkilatların və bir çox elm mərkəzlərinin hərbi tədqiqat mərkəzlərinin verdiyi məlumatlar təxminən bu fondadır.

Hesab edirəm ki, hazırda təşəbbüs Ukrayna tərəfindədir. Ukraynanın müasir Qərb silahları ilə silahlandırılması prosesi davam edir. Artıq Qərb anlayır ki, Ukrayna müqavimət göstərə bilər. Buna görə də işğal olunan ərazilərini azad etmək üçün Ukraynaya hücum silahlarının verilməsinə qərar verilib. Təxminən aprel, may aylarında çox həlledici döyüşlərin şahidi olacağımızı düşünürəm”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Ən çox oxunanalar