Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya “Şimal axını”nın partladılmış borularını təmir etməyəcək…

Rusiya partladılmış “Şimal axını” boru kəmərlərini təmir etmək niyyətində deyil və boru kəmərlərini möhürləməyə hazırlaşır...

Poliqon.info xəbər verir ki, bu barədə Reuters Agentliyi mənbələrə istinadən xəbər məlumat yayıb.

Mənbələrdən biri deyib ki, Reuters-ə deyib ki, “Rusiya layihəni dəfn edib”. Moskvanın “Şimal axını” planları ilə tanış olan başqa bir mənbə də bunu təsdiqləyib və bildirib ki, kəmərlər bağlanılacaq. Çox güman ki, boruların partladılmış ucları qaynaqla bağlanılacaq ki, dəniz suyu boru kəmərlərini daha da korroziyaya uğratmasın.

Daha iki mənbə Reuters-ə bildirib ki, partladılan boru kəmərlərinin təmiri planlaşdırılmasa da, gələcəkdə onların işə salınması istisna olunmur. Buna görə də boru kəmərləri qorunub saxlanılacaq.

Mənbələrin Reuters Agentliyinə verdiyi məlumata görə, Moskva yaxın gələcəkdə Qərblə münasibətlərdə boru kəmərlərinin işə salınmasına imkan verəcək hər hansı yaxşılaşma görmür.

Reuters-in həmsöhbətlərindən biri etiraf edib ki, Avropanın qismən Rusiya yanacağını əvəz etdiyi ABŞ-dan mayeləşdirilmiş təbii qaz xeyli bahalaşarsa, bəlkə də Avropa ölkələri Rusiyadan böyük həcmdə alışı bərpa etməyə hazır olacaq.

Xatırladaq ki, ötən ilin sentyabrında Baltik dənizində “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinin dörd qolundan üçü partladılıb. İsveç və Danimarkadakı təhqiqatçılar hələlik partlayışlarla bağlı araşdırmanın nəticələri barədə məlumat verməyib.

Rusiya bu partlayışlara görə anqlo-saksonları təxribatda ittiham edib. Alman və Polşa siyasətçiləri isə partlayışları Rusiyanın özü tərəfindən təşkil edə biləcəyini güman edirlər.

Qazprom” isə bildirib ki, xəbər verib ki, texniki cəhətdən nasaz boru kəmərlərini təmir etmək mümkündür.

Tərcümə Poliqon-a iddir

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ən çox oxunanalar