Bazar, 02 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Qazaxıstan vətəndaşlarını orduya muzdlu olaraq cəlb etməyə başlayıb...

Rusiya Qazaxıstandan orduya könüllülər axtarmağa başlayıb. Onlara 495 min rubl (təqribən 9 min manat) birdəfəlik ödəniş təklif olunur...

Poliqon xəbər verir ki. bu barədə Reuters Agentliyinin məlumatında bildirilir. Agentlik yazır ki, qazaxıstanlı internet istifadəçiləri Rusiya ordusuna qoşulmağı təklif edən reklamlar almağa başlayıblar. Potensial namizədlərə dərhal 495.000 rubl ödəmə təklif olunur.

Reuters qeyd edir ki, reklam açıq şəkildə qazaxıstanlılara yönəlib. Orada RusiyaQazaxıstan bayraqları təsvir olunub, onların yanında “çiyin-çiyinə” şüarı yerləşdirilib. Müqavilə imzalandıqdan sonra birdəfəlik ödənişə əlavə olaraq, potensial işəgötürülənlərə ən azı 190 min rubl (təqribən 3500 manat) aylıq əmək haqqı, həmçinin məbləği göstərilməyən əlavə ödənişlər vəd edilir.

Reklamdakı keçid Rusiya ordusuna Saxalində qoşulmağı təklif edən vebsayta aparır. Səhifədə bildirilir ki, vebsayt Saxalin vilayətinin İnsan Kapitalının İnkişafı Agentliyi tərəfindən yaradılıb və regional hakimiyyət orqanları tərəfindən dəstəklənir.

Yujno-Saxalinsk administrasiyasının saytındakı məlumatdan belə çıxır ki, 495 min rublluq birdəfəlik ödəniş Saxalin bölgəsi üçün standart məbləğdir. Eyni zamanda Rusiya Müdafiə Nazirliyinin hər kəsə təklif etdiyi adi birdəfəlik ödəniş 300 min rubldan azdır.

Reklamla bağlı Saxalin vilayətinin İnsan Kapitalının İnkişafı Agentliyi və Qazaxıstan İnformasiya və Sosial İnkişaf Nazirliyi jurnalistlərin sorğusuna cavab verməyib.

Reutersin jurnalistləri Mərkəzi Asiyadakı keçmiş Sovet İttifaqı ölkələrinin bir neçə sakini ilə danışıblar və onlar bildiriblər ki, bu dövlətlərin bəzi vətəndaşları Rusiya ordusuna və ya hərbi birləşmələrə, məsələn, “Vaqner qrupu”na qoşulurlar. Lakin onların işə götürülməsi, bir qayda olaraq, Rusiya ərazisində baş verir.

Reuters qeyd edir ki, pul müqabilində xaricdə hərbi münaqişələrdə iştirak Qazaxıstan qanunlarını pozur.

Mənbə: “Aqentstvo” nəşri

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putinin Ermənistanla bağlı planı üzə çıxdı - Oktyabrda başlayacaq

Mərhum sənətkarın oğlu: "Ölümündən altı ay əvvəl yaşananlar bizə hələ də qaranlıq qalır"

Sabiq icra başçısının oğlu məhkəmə qarşısında

Bakı metrosunda dəhşətli hadisə: Qatar relslərə yıxılan vətəndaşın üstündən keçdi - Yenilənib

Bakıda sükan arxasındakı qızın bu hərəkəti müzakirə yaratdı - Video

Ordumuzun nəzarətinə keçən məşhur körpü - Foto

İstanbulda Bələdiyyə Başçısı çökən bina ilə bağlı son vəziyyəti açıqlayıb - Yenilənib

“Real Madrid” 15-ci dəfə Çempionlar Liqasının qalibi olub

Mahmud Əhmədinejad prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib

Ən çox oxunanalar