Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya ilə İranı birləşdirəcək 2 enerji dəhlizindən biri Azərbaycandan keçəcək


Rusiya-Gürcüstan-Ermənistan və İranı birləşdirəcək “Şimal-Cənub” enerji dəhlizinin texniki-iqtisadi əsaslandırılması 2017-ci ilin ikinci yarısında hazır olacaq


Bunu Rusiyanın energetika naziri Aleksandr Novak Tehranda iranlı həmkarı Bijan Zanaganehlə iki enerji dəhlizini müzakirə etdikdən sonra deyib.

Novak bildirib ki, ikinci enerji dəhlizinin Azərbaycandan keçməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, martın ortalarında mütəxəssislər layihənin reallaşdırılmasını müzakirə edəcəklər.

RİA Novostinin məlumatına görə, “Şimal-Cənub” layihəsi ilə bağlı işə hələ 2015-ci ilin dekabrından başlanıb.

2016-cı ilin sentyabrında isə Batumidə bu enerji dəhlisinin texniki-iqtisadi əsaslandırılması və layihənin reallaşması ilə bağlı gələcək tədbirlər barədə razılaşma imzalanıb. Bu enerji dəhlizinin gücü 1,2 geqavata qədərdir.

Aleksandr Novak İranın cənubunda “Sirik” istilik elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib.

O, jurnalistlərlə söhbət zamanı deyib ki, İran çoxlu elektrik stansiyaları tikməyi planlaşdırır və bu müqavilələrin xeyli hissəsini Rusiya ala bilər. Onun sözlərinə görə, İran 8% civarında iqtisadi artım proqnozlaşdırır.

Azadlıq Radiosu

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar