Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya ilə bağlı bədbin proqnoz


Yaxın illərdə Rusiya iqtisadiyyatında müsbətə doğru dönüş baş verməyəcək və Dövlət Duması qeyri-populyar qanunlar qəbul etmək, eləcə də yerində sayan hökuməti dəstəkləmək məcburiyyətində qalacaq


Axar.az xəbər verir ki, bu sözləri Rusiyada parlament seçkisinin yekununu şərh edən politoloq Elxan Şahinloğlu deyib. 

Siyasi şərhçinin fikrincə, Rusiyada parlament seçkisinin nəticəsi hakim partiya üçün sevindirici xəbər olduğu qədər, həm də düşündücü nəticədir:
 
Rusiyada parlament seçkisində gözlənildiyi kimi, sürpriz baş vermədi, Dövlət Dumasının tərkibinə yenə həmişəki 4 partiya daxil oldu. İlkin hesablamalara görə, hakim partiya administrativ resurs və şəxsən Prezident Vladimir Putinin dəstəyi sayəsində parlamentdə konstitusiyalı çoxluğa malik olacaq. Bu, hakim partiya üçün sevindirici xəbər olduğu qədər düşündücü nəticədir. Çünki yaxın illərdə Rusiya iqtisadiyyatında müsbətə doğru dönüş baş verməyəcək və Dövlət Duması qeyri-populyar qanunlar qəbul etmək və yerində sayan hökuməti dəstəkləmək məcburiyyətində qalacaq”.
 
Politoloq seçkilərin mühüm bir nəticəsi kimi Rusiyada liberal ideyanın tam iflasa uğradığını bildirib:
 
“Liberal ideyaların daşıyıcısı olan sağ təmayüllü partiyalar 1 və ya 2 faiz ətrafında nəticə toplayıblar, heç biri parlamentə düşmək üçün 5 faizlik baryeri aşa bilməyib. Bu nəticədə özlərinin də günahı var. Rusiyalı liberallar vahid ideya ətrafında birləşə bilmir, nəticədə hamısı qapı arxasında qalır”.
 
Qeyd edək ki, dünən Rusiyada keçirilən parlament seçkisinin ilkin  nəticələrinə əsasən, Vahid Rusiya Partiyası 65.1 faiz səslə liderliyini qoruyub.
 
Rusiya Kommunist Partiyası 10.4, Rusiya Liberal Demokrat Partiyası isə 10.2 faiz səslə 2-3-cü yerləri bölüşürlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Neytral mövqe tutan ölkələr Putinə nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq edib

Ən çox oxunanalar