Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya iki qondarma “respublika”nı tanımağa hazırlaşır?

Rusiya Dövlət Dumasının Şurası bazar ertəsi, fevralın 14-də Ukraynanın Donbass regionunda qurulmuş iki qondarma “respublikanın” (“Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”) tanınmasına dair daha əvvəl təqdim edilmiş qətnamə layihəsinin müzakirəyə çıxarılması məsələsinə baxacaq. Bu haqda Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün Telegram-kanalında bildirib.

Onun bildirdiyinə görə, deputatlar həmin “respublikaların” statusuna dair müvafiq sənədin şərh verilməsi üçün Xarici İşlər Nazirliyinə göndərilməsini həll etməyi planlaşdırırlar.

“Məsələ çox ciddidir və məsuliyyətlidir. Söhbət bizim “DNR” və LNR” ərazisində yaşayan vətəndaşlarımızın və həmvətənlərimizin müdafiəsindən gedir”,-Volodin yazıb. Onun sözlərinə görə, fevralın 12-də Minsk razılaşmasının imzalanmasının 7 ili tamam olacaq. (Həmin razılaşma Donetsk və Luqansk vilayətlərinə “xüsusi status” verilməsini də nəzərdə tutur,-red.). Volodin həmin “respublikalara” dair hazırda iki təklif olduğunu deyib.

Birinci varianta əsasən həmin “respublikaların” dərhal tanınmasına dair prezident Putinə müraciət edilməsinə dair qətnamə layihəsinin müzakirəsi nəzərdə tutulur. Digər variant isə “respublikaların” tanınmasına dair layihənin şərh almaq üçün XİN-ə və digər dövlət strukturlarına göndərilməsini nəzərdə tutur. “Biz bu məsələni fevralın 14-də Duma Şurasının iclasında müzakirə etməyi planlaşdırırıq”,-Volodin bildirib.

Xatırladaq ki, qondarma “respublikaların” tanınmasına dair qətnamə layihəsi Dövlət Dumasına Ukrayna ətrafında gərginliyin artması fonunda təqdim edilib. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - Yenilənib 

"İdman TV"nin direktoru işdən çıxarıldı - Yenilənib

Ayxan Hacızadə: Litva XİN rəhbərinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir

Sabiq deputat Hüseyn Abdullayevin məhkəmə prosesi keçirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay