Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya əhalisinin müharibə itkiləri ilə bağlı narahatlığı artıb...

Sosial şəbəklərdə aparılan araşdırma rusların müharibədəki itkilərlə bağlı narahatlığının artdığını göstərib...

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti sosial şəbəkələrin Rusiya seqmentində nəşrləri və şərhləri təhlil edən “FilterLabs AI” şirkətinin araşdırmasına istinadən məlumat yayıb. Qəzet yazır ki, rusların Ukraynadakı müharibədəki itkilərə münasibəti getdikcə mənfi xarakter alır. Rusiyada ictimai rəydəki bu dəyişikliyi nəşrin Vaşinqtondakı həmsöhbətləri də qeyd ediblər.

“FilterLabs AI” şirkətinin saytında dərc olunan qrafikdən görmək olar ki, 24-28 fevralda sosial şəbəkələrdəki şərhlərə görə rusların Ukraynadakı itkilərə münasibət indeksi mənfi olub. Araşdırmaya görə sonradan əhval-ruhiyyə yaxşılaşsa da, yaz aylarında indeks üç dəfə daha çox mənfiyə doğru hərəkət edib.

NYT “FilterLabs”ın məlumatlarına istinadən yazır ki, müharibənin əvvəlində qurbanların sayının çox olması ilə bağlı narahatlıq artıq Putinin dəstəyinə mənfi təsir göstərib, lakin təsir qısamüddətli olub və cəmiyyət yenidən hakimiyyət ətrafında toplaşıb. NYT-yə görə, indi vəziyyət fərqli görünür.

“FilterLabs”ın baş icraçı direktoru Conatan Toybner NYT ilə söhbətində deyib ki, Rusiyada dövlət qurumları əhalinin artan narahatlığına qarşı durmağa çalışır, lakin işğalın ikinci ilində onların ictimai rəyə təsiri azalıb.

“Zaman keçdikcə, itkilərlə bağlı narahatlıq davam edərsə, Rusiyada müharibəyə dəstək azala bilər. Kreml ictimai rəyi dəyişdirmək səylərinə baxmayaraq, real itkilər Kremlin əsas zəif tərəflərindən biri olaraq qalır”, deyə Toybner bildirib.

Qəzetə müsahibə verən ABŞ hökumət rəsmiləri Rusiya ictimai rəyini izləmək çətin olduğunu vurğulasalar da, onlar razılaşırlar ki, son aylarda müharibəyə ictimai dəstəkdə çatlar yaranmağa başlayıb.

Rusiya “Levada” Mərkəzinin bu həftə dərc olunan son məlumatlarına görə isə Rusiyada ictimai əhval-ruhiyyə nəhayət səfərbərlik elanının yaratdığı stressdən qurtulub.

“Levada” Mərkəzinin sosial-mədəni araşdırmalar şöbəsinin rəhbəri Aleksey Levinson bunu 1990-cı illərdə travma almış cəmiyyətin reaksiyası ilə izah edir. Levinsonun fikrincə, müharibəyə dəstək və prezidentin bəyənmə reytinqi yüksək olaraq qalır. Levinsona görə cəmiyyət Putinin arxasındadır və xalq yaxşı başa düşür ki, müharibədnun yeganıə məqsədi “Rusiyanın qüdrətini” qoruyub saxlamaqdır.

“Biz Qərbə qarşı dayanırıq və möhkəm dayanırıq. Putindən tələb olunan da budur”, Levinson fikrini yekunlaşdırıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Ən çox oxunanalar