Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rövşən Lənkəranskinin mirası uğrunda savaş başladı


“Oğru aləmi”nin klanları “qanuni oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski) ölümündən sonra kriminal aktivləri uğrunda mübarizəyə başlayıblar


Modern.az xarici mediayaistinadən bildirir ki, etibarlı mənbənin məlumatına görə, onun ən iri aktivi olan göyərti, tərəvəz və meyvə topdansatış bazarı artıq “oğru aləmində” Merab Suxumski kimi məşhur olan Merab Canqveladzeyə məxsusdur.

Mənbə qeyd edir ki, Canqveladze ələ keçirdiyi bu yağlı tikə ilə kifayətlənmək istəmədiyindən, Canıyevin Türkiyədəki aktivlərinə də göz dikib.

Rövşən Lənkəranski ömürünün son illərini Türkiyədə keçirib və ehtimal olunur ki, onun burada stabil maliyyə mənbələri var. Bəzi məlumatlara görə, Türkiyədə “qanuni oğru”nun himayədarlığı ilə çox sayda kommersant və şirkət işləyib.

Bundan əlavə, öldürülən Rövşən Lənkəranskinin beynəlxalq narkotik ticarəti kanalları ilə əlaqəsinin olduğu da bildirilir.
Digər xəbərə görə, Canıyevin yaxın ətrafı son illərdə Canqveladzenin tərəfdaşı kimi çıxış edib. Canqveladzenin klanına Tsripa, Mateviç, Dato, Çuradze daxildirlər, digər tərəfdə nüfuzlu “qanunçu” Hüseyn Slepoy da olub.

Hazırda hər iki tərəf öldürülən Rövşən Canıyevin mirasına iddalıdır. Ancaq etibarlı mənbələrin fikrincə, bu mirasın sülh yolu ilə bölüşdürülməsi baş tuta bilməz.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilib    

Ən çox oxunanalar