Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Reznikov gələn həftə istefaya göndəriləcək, yerinə Rüstəm Umerov gələcək...

Ali Radanın deputatı: Reznikov sentyabrın əvvəlində Müdafiə Nazirliyindən qovulacaq...

Poliqon xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak bildirib.

Onun sözlərinə görə, Reznikov Böyük Britaniyaya səfir təyin olunacaq. Deputat həmçinin bildirib ki, Ukrayna Dövlət Əmlak Fondunun rəhbəri Rüstəm Umerov müdafiə idarəsinin yeni rəisi ola bilər.

“Məndə olan məlumata görə, Reznikov müdafiə naziri postunu tərk edəcək və daha sonra Böyük Britaniyaya səfir gedəcək. Bu, növbəti həftə baş verəcək", deyə deputat "Telegram" kanalında yazıb.

Aleksey Reznikovun Böyük Britaniyaya səfir təyin olunması ilə bağlı daha əvvəl də Ali Radanın deputatı Aleksey Qonçarenko məlumat vermişdi.

Jeleznyakın sözlərinə görə, Ukraynanın keçmiş xalq deputatı, indi isə Dövlət Əmlak Fondunun rəhbəri Rüstəm Umerov nazir postunda Reznikovu əvəz edəcək: “Artıq dünən səhər səfirliklər belə bir rotasiya ilə bağlı xəbərdarlıq ediblər. Ən azı bəziləri”.

Deputatın sözlərinə görə, Reznikov Ukrayna Müdafiə Nazirliyində yeni korrupsiya faktı aşkar olunarsa, o, postunu tərk edəcəyinə dair mərc təklif edərkən qarşıdakı istefa barədə məlumatlı olub. O, bu şərti avqustun 25-də qoyub.

2023-cü ilin yanvarında Ukrayna Müdafiə Nazirliyi korrupsiya qalmaqalının mərkəzində olub. Nazirlik Ukrayna ordusunun arxa cəbhəsi üçün bazar qiymətlərindən azı iki-üç dəfə baha qiymətə məhsullar almaqda ittiham olunurdu. Eyni zamanda, Reznikovun mümkün istefası ilə bağlı məlumatlar yayılıb. Lakin bundan əvvəl Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun Müdafiə Nazirliyinə rəhbər təyin ediləcəyi bildirilirdi. Reznikovun özü isə strateji sənaye naziri postuna keçəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

"Bizim Cəbiş müəllim"in Makedonu: "Məni sayan, yada salan olmadı"

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

Ən çox oxunanalar