Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rezidenturaya qəbulun nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzi 2022/2023-cü tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib.

Mərkəzdən PİA.az-a verilən məlumata görə, namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qəbul imtahanının nəticələrinə əsasən müsabiqədə iştirak edən 548 namizəddən (hərbi tibb fakültəsini bitirmiş namizədlər istisna olmaqla) 437 nəfər təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onların 120 nəfəri oğlan, 317 nəfəri qızdır. 234 namizəd cari ilin, 203 namizəd isə əvvəlki illərin məzunudur.

Qəbul olunanların siyahısının və ixtisaslaşmalar üzrə formalaşmış keçid ballarının əks olunduğu “Rezidentura” jurnalının 4-cü nömrəsini sentyabrın 2-dən etibarən abiturient.az saytından “PDF” formatda əldə etmək mümkün olacaq.

Rezidenturaya qəbul olanlar 6 sentyabr saat 12:00-dan 12 sentyabr saat 23:59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər.

Rezidenturaya qəbul olanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək və onlar qəbul olunanlar siyahısından çıxarılacaqdır. Bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmayacaqlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib – Təfərrüat

ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Bakıda kişi telefonda çox danışan arvadını döydü

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulacaq

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Həkim geniş yayılmış mifi dağıtdı; "Soyuqdəyməyə kömək etmir"

Ən çox oxunanalar