Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rahib Branson krizində Ərdoğan ABŞ-ın təzyiqləri qarşısında məğlub oldu?

Politoloq: “Rahib Bransonun azadlığa buraxılmasını Türkiyə tərəfdən bir jest olaraq qiymətləndirmək olar”

“Türkiyə-Səudiyyə Ərəbistanı münasibətlərinin kəskinləşməsi fonunda Türkiyə-ABŞ münasibətləri bu və ya digər şəkildə yaxınlaşmağa başladı”.

Bu sözləri politoloq İlqar Vəlizadə amerikalı keşiş Endryu Bransonun azad olunmasını şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Xəbər verdiyimiz kimi, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib. Bu il iyulun 25-də isə ev dustağı edilib. ABŞ bunu səbəb göstərərək Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib. Prokuror Bransona 35 il cəza tələb edirdi.

Xatırladaq ki, Branson azad olunmazdan bir neçə gün əvvəl "Washington Post” qəzetinin məlumatına görə, rəsmi Ankara və Vaşinqton amerikalı keşiş Endryu Bransonun azad olunması və ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaların ləğv edilməsi barədə razılıq əldə edib. ABŞ prezidenti Donald Tramp isə belə bir anlaşmanın olduğunu təkzib edib.

Rahib Bransonun həbsi isə ABŞ-la Türkiyə arasında uzun və uzun olduqca da problemli gərginliklərə səbəb olmuşdu. Türkiyə üçün ABŞ-la apardığı “Bronson savaşı” ölçüyə gəlməz iqtisadi və siyasi ziyanlara səbəb oldu. Bəzi ekspertlərə görə, Türkiyənin milli valyutasının dollar və avro qarşısında sürətlə ucuzlaşması da məhz Vaşinqton və Ankara arasında yaşanan rahib böhranı ilə əlaqədardır. Ümumilikdə isə bir neçə ildir ki, ABŞ və Türkiyə arasında soyuqluq müşahidə olunur.

Rahib Bransonun azad olması fonunda bu savaşdan Türkiyə nəsə qazandımı? Yoxsa Ərdoğan ABŞ-ın təzyiqləri qarşısında məğlub oldu? Eyni zamanda Bransonun ABŞ-da Konqresə seçkilər öncəsi azad olunmasını təsadüf saymaq olarmı? Ərdoğan hazırkı seçkilərdə Trampın əlinə oynayırsa və Amerika yevangelistlərinin Respublikaçılar partiyasına səs verməsinə yardım edirsə, bunu necə anlamaq olar? Ümumiyyətlə, bir müddət sonra Fətullah Gülənin Türkiyə verilməsini gözləmək mümkündürmü?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq İlqar Vəlizadənin fikirlərini öyrənib.

İlqar Vəlizadə: “Jurnalist Camal Qaşıqçı məsələsi fonunda ABŞ Türkiyəyə müəyyən mənada dəstək verə bilər”.

Amerikalı rahib E.Bransonun azadlığa buraxılmasının Türkiyə tərəfdən bir jest olduğunu bildirən politoloq İlqar Vəlizadəyə görə, bu fonda ABŞ-da anti-Türkiyə ritorikasının azalması gözləniləndir:

“Əslində Rahib Bransonun azad olunması Səudiyyə Ərəbistanı jurnalisti Camal Qaşıqçının işi ilə üst-üstə düşür. Bu amili təsadüf adlandırmaq olar. Lakin çox güman ki, burada təsadüf yoxdur. Türkiyə-Səudiyyə Ərəbistanı münasibətlərinin kəskinləşməsi fonunda Türkiyə-ABŞ münasibətləri bu və ya digər şəkildə yaxınlaşmağa başladı. Belə ki, Türkiyə və ABŞ jurnalist Camal Qaşıqçı işində həmrəy mövqe nümayiş etdirir. Belə bir vəziyyətdə Türkiyə və ABŞ arasında müəyyən dialoq da baş tuta bilər. Hər halda bu dialoq xüsusi xidmət orqanları səviyyəsində aparılacaq. Çünki Türkiyədə bununla bağlı xüsusi araşdırmalar gedirdi və yəqin ki, bu araşdırmalarla bağlı ABŞ-a da müəyyən məlumat ötürülürdü.

Ümumiyyətlə, rahib Bransonun azadlığa buraxılmasını Türkiyə tərəfdən bir jest olaraq qiymətləndirmək olar. Əsas məsələ ABŞ-ın bu jesti necə dəyərləndirməsi və atacağı addımlardır. Düşünürəm ki, indiki şəraitdə Türkiyə gözləmə mövqeyində dayanmağa məcburdur və ABŞ-dan münasib addımları gözləməlidir. Jurnalist Camal Qaşıqçı məsələsi fonunda ABŞ Türkiyəyə müəyyən mənada dəstək verə bilər. Türkiyə-Səudiyyə Ərəbistanı komissiyası yaradılıb. Hesab edirəm ki, bu komissiyanın işində müəyyən dərəcədə ABŞ da təsir edəcək və Türkiyəni dəstəkləyəcək.

İlqar Vəlizadə: “İndiki mühit Fətullah Gülənin Türkiyəyə verilməsi ilə bağlı danışıqların aparılmasına imkan verir”.

Ümumilikdə Branson məsələsində təsadüflərə inanmaq doğru olmaz. Çünki hansısa addım atılanda onun siyasi nəticələri də düşünülür. Türkiyə tərəfi bu addımı atanda siyasi nəticələri nəzərə alıb. O cümlədən, anti-Türkiyə ritorikasının çoxlamasını da diqqətdə saxlayıb. Türkiyə ABŞ-da bu ritorikanın azalmasında maraqlıdır və bu amil seçkilərə də müəyyən dərəcədə təsir edəcək. Yəni, anti-Türkiyə mövqeyində dayanan tərəflər bundan sonrakı dönəmdə öz fikirlərində müəyyən dəyişikliklər edəcəklər.
Fətullah Gülənə gəldikdə, bu qəliz məsələdir. Fətullah Gülənin Türkiyəyə verilməsi çoxdan gündəmdədir. Lakin ABŞ bununla bağlı qəti addımlar atmağa tələsmir. Fikrimcə, Fətullah Gülənin verilməsi üçün Türkiyə tərəfindən müəyyən zəminlər yaradılıb. Hər halda F.Gülənlə bağlı prosedur işlərinə start verilə bilər. İndiki mühit bu məsələ ilə bağlı danışıqların aparılmasına imkan verir. Lakin posesin əsas gedişatını yaxın gələcəkdə görə biləcəyik”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.

afiq

Erdoğan Trampdan it kimi qorxdu)))


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Sabiq VHP-çi Məhəməliyevə YAP-çı deputat mandatı halaldırmı?

Ceyhun Bayramovdan şifrəli mesajlar... - Ermənistan Azərbaycandan nələri istəyir?

Rusiyada küçədəki dondurucuda 70-ə yaxın cəsəd tapıldı

Ən çox oxunanalar