Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubad İbadoğlu apellyasiya şikayəti verib - Yenilənib

Ötən gün həbs edilən Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb...

Ötən gün həbs edilən Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu apellyasiya şikayəti verib.

Bunu "Report"a onun vəkili Zibeydə Sadıqova deyib.

Müdafiəçi bildirib ki, şikayət Nərimanov Rayon Məhkəməsinə təqdim edilib:

"Nərimanov Rayon Məhkəməsinin müvəkkilim barəsində çıxardığı qərarla razılaşmırıq. Qubad İbadoğlunun tezliklə həbsdən azad olunmasını istəyirik".

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan informasiya əsasında Azərbaycanda FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirilib. Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanmış və Q.İbadoğlu saxlanılıb.

Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə onun barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilir.

Siyasətçi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

***

"Report"un əldə etdiyi məlumata görə, o, bundan sonra Bakı İstintaq Təcridxanasında saxlanılacaq.

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə Q.İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilir.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan informasiya əsasında Azərbaycanda FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirilib. Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanmış və Q.İbadoğlu saxlanılıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Sabiq VHP-çi Məhəməliyevə YAP-çı deputat mandatı halaldırmı?

Ceyhun Bayramovdan şifrəli mesajlar... - Ermənistan Azərbaycandan nələri istəyir?

Rusiyada küçədəki dondurucuda 70-ə yaxın cəsəd tapıldı

Ən çox oxunanalar