Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qriqoryanın “Zəngilan dəhlizi” açıqlaması... - Üçtərəfli Bəyanat qüvvədən düşür?

İrəvan “Zəngilan dəhlizi”nə Rusiya FTX-nın sərhəd xidməti tərəfindən nəqliyyat dəhlizinə nəzarət etməsindən imtina edib...

Politoloq: “Armen Qriqoryanın açıqlaması təkcə Rusiyaya qarşı yönəlməyib, həm də sözün həqiqi mənasında 10 noyabr bəyanatının gücsüzləşdirilməsinə yönəlib”.

Ermənistan Qərbin və Fransanın müəyyən imperialist dairələrindən aldıqları tapşırıqları da yerinə yetirir”.

Bu sözləri politoloq Tural İsmayılov Ermənistan Təhlükəsizlik Şurasının katibinin AzərbaycanErmənistan sülhü ilə bağlı verdiyi açıqlamanı Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dünən bildirib ki, İrəvan “Zəngilan dəhlizi”nə Rusiya FTX-nın sərhəd xidməti tərəfindən nəqliyyat dəhlizinə nəzarət etməsindən imtina edib.

Bəs sülh danışıqlarının və nəqliyyat dəhlizlərinin açılması ilə bağlı intensiv danışıqların getdiyi indiki zamanda Ermənistanın belə bir bəyanat səsələndirməsi nədən xəbər verir? Bilirik ki, “Zəngilan dəhlizi”nə Rusiya FTX-nın sərhəd xidməti tərəfindən nəzarət olunması 10 noyabr Üçtərəfli Bəyanatın 9-cu maddəsində nəzərdə tutulur. Bu bəyanat həmçinin Üçtərəfli Bəyanatın tədricən qüvvədən düşməsi anlamına gəlirmi?

Ermənistanın Rusiyaya qarşı atdığı yeni addımını Poliqon-un əməkdaşı politoloq Tural İsmayılov ilə müzakirə edib.

Tural İsmayılov: “Ermənistan elə bir müstəqil dövlətçilik ideyalarına malik deyil ki, o hansısa bir formada Rusiyanın təsirlərindən çıxa bilsin”.

Ermənistanın bu tip açıqlamalar verməsinin təkcə Rusiyaya qarşı yönəlmədiyini vurğulayan politoloq Poliqon-a bildirib ki, İrəvan həm də beynəlxalq ictimaiyyətin AzərbaycanErmənistan münasibətlərinin bundan sonrası taleyi üçün “nəbzini ölçməklə” məşğuldur:

“Əslində Ermənistan semantik şəkildə Rusiyaya qarşı siyasi xəyanətlər etməklə məşğuldur. Hazırda Rusiyanın həm hərbi, həm də siyasi elitası Ermənistanın ardıcıl şəkildə davam edən anti-Rusiya siyasətinin fərqindədir. Sadəcə olaraq, burada yeganə bir məsələ Ermənistanın tamamilə Rusiyadan qopa bilməməsidir. Ermənistan elə bir müstəqil dövlətçilik ideyalarına malik deyil ki, o hansısa bir formada Rusiyanın təsirlərindən çıxa bilsin.

Eyni zamanda Ermənistanın bu tip açıqlamalar verməsi təkcə Rusiyaya qarşı yönəlməyib. Yerəvan həm də beynəlxalq ictimaiyyətin AzərbaycanErmənistan münasibətlərinin bundan sonrası taleyi üçün “nəbzini ölçməklə” məşğuldur. Yəni, Armen Qriqoryanın açıqlaması təkcə Rusiyaya qarşı yönəlməyib, həm də sözün həqiqi mənasında 10 noyabr bəyanatının gücsüzləşdirilməsinə yönəlib.

Tural İsmayılov: “Bütün bu hadisələr fonunda Ermənistanın Rusiya ilə münasibətləri daha da gərginləşəcək”.

Həmçinin Ermənistan Qərbin və Fransının müəyyən imperialist dairələrindən aldıqları tapşırıqları da yerinə yetirir. Əslində Nikol Paşinyanın komandasına daxil olan adamların Rusiya Federal Təhlükəsizlik Xidməti əleyhinə verdiyi açıqlamalar həm də Qərbdə qarşı bir növ özünü yaxşı göstərmək cəhdləri kimi hesab edilməlidir. Amma təbii ki, bunlar səmimi deyil. Çünki Zəngilan dəhlizi ilə bağlı 10 noyabr bəyanatı var və inanmıram ki, Rusiya hansısa bir formada Ermənistanın özbaşına şəkildə 10 noyabr bəyanatından çıxması məsələsinə göz yumsun.

Hesab edirəm ki, bütün bu hadisələr fonunda Ermənistanın Rusiya ilə münasibətləri daha da gərginləşəcək. Rusiya da əlindəki iqtisadi təsir imkanlarından istifadə edərək Nikol Paşinyan hakimiyyətini daha da dalana sıxışdıracaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Ən çox oxunanalar