Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

QMİ sədri Rus Pravoslav Kilsəsinin Azərbaycan və Bakı Yeparxiyası rəhbəri vəzifəsinin müvəqqəti icraçısını qəbul edib

Fevralın 16-da Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Rus Pravoslav Kilsəsinin Azərbaycan və Bakı Yeparxiyası rəhbərinin vəzifəsini müvəqqəti icra edən, Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilaktı qəbul edib...

QMİ-nin mətbuat xidmətindən Poliqon-a verilən xəbərə görə, qonağa səmimi salamlarını yetirən Şeyxülislam həzrətləri QMİ ilə Rus Pravoslav Kilsəsi arasında əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb, Moskva və Bütün Rusiyasının Patriarxı Kirill həzrətlərinin bu sahədə xidmətlərini xüsusi qeyd edib. Şeyxülislam Allahşükür Paşazadə 30 il davam edən Ermənistan-Azərbaycan münaqişəsi zamanı Patriarxın vasitəçilik missiyasını yüksək dəyərləndirərək vurğulayıb ki, məhz atılan addımlar nəticəsində problemin dini müstəviyə keçməsinin qarşısı alınıb.

Şeyxülislam Allahşükür Paşazadə Patriarx vəzifəsinə seçilməsinin 15 illiyi ilə bağlı təbriklərini və salam-dualarını Moskva və Bütün Rusiyanın Patriarxı Kirill həzrətlərinə çatdırmağı qonaqdan xahiş edib.

QMİ sədrinin sözlərinə görə, ölkəmiz ilk gündən Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə çalışıb, qarşı tərəfi də buna səsləyib. Azərbaycan dövlətinin və xalqının birliyi sayəsində əzəli torpaqların azad olunduğunu, ölkəmizin suverenliyinin tam bərpa edildiyini diqqətə çatdıran Şeyxülislam həzrətləri bildirib ki, Qafqazda sülhün və sabitliyin davamlı olması üçün din xadimləri də səy göstərməlidir.

Rus Pravoslav Kilsəsinin AzərbaycanBakı Yeparxiyası rəhbərinin vəzifəsini müvəqqəti icra edən, Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilakt Moskva və Bütün Rusiyasının Patriarxı Kirillin salamlarını QMİ sədrinə yetirməkdən məmnunluq duyduğunu deyib. Qonaq Azərbaycan xalqını mühüm hadisə- fevralın 7-də keçirilən Prezident seçkiləri münasibəti ilə təbrik edib, and içərək öz vəzifəsinin icrasına başlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə uğurlar arzulayıb. Feofilakt əmin olduğunu bildirib ki, ölkə başçısı Azərbaycan dövlətinin daha da qüdrətlənməsi, burada yaşayan bütün xalqların rifahı üçün bundan sonra da yorulmadan çalışacaq.

Qəbulda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilib    

Ən çox oxunanalar