Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qiyməti təsdiqlənmiş dərmanların siyahısı yayılıb


Tarif Şurası dövlət qeydiyyatından yeni keçmiş 300-dən artıq dərman vasitəsinin qiymətini təsdiqləyib


Bununla topdan və pərakəndə satış qiyməti təsdiqlənmiş dərman vasitələrinin sayı 10713-ə çatıb.

Rəsmi hesabata görə, Səhiyyə Nazirliyi 70-dən artıq ölkədə fəaliyyət göstərən 1000-ə yaxın müəssisənin istehsalı olan dərman vasitələrini dövlət qeydiyyatına alıb. Dərman vasitələrinin idxalını 50-dən çox idxalçı həyata keçirir.

Novator.az bildirir ki, Azərbaycanda dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının, yığımların dövlət tənzimlənməsi kollegial icra hakimiyyəti orqanı olan Tarif (qiymət) Şurasının səlahiyyətindədir. Şuraya iqtisadiyyat naziri sədrlik edir. Onun üzvləri maliyyə; vergilər; ədliyyə; energetika; nəqliyyat, rabitə və yüksək texnologiyalar; kənd təsərrüfat; səhiyyə; təhsil; əmək və əhalinin sosial müdafiəsi nazirlərinin müavinləri, Dövlət Gömrük və Dövlət Şəhərsalma və Arxitektura komitələri sədrlərinin müavinləridir.

Tarif Şurası 2015-ci ildən başlayaraq dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərini təsdiqləyir. “Dərman vasitələri haqqında” qanuna əsasən, qiymətləri tənzimlənmiş dərman vasitələrinin istehlakçılara fərqli qiymətlərlə satışı qadağandır. Buna görə İnzibati Xətalar Məcəlləsində vəzifəli şəxslərə 1000 manatdan 1500 manatadək, hüquqi şəxslərə 3000 manatdan 5000 manatadək cərimə nəzərdə tutulur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar