Qırğızıstanın Kiyevdəki səfiri İdris Kadırkulov Ukrayna Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb...
APA xəbər verir ki, bu barədə Ukrayna XİN məlumat yayıb.
Qeyd olunub ki, diplomat Rusiyanın sanksiyalardan yayınmasına göstərdiyi köməyə görə nazirliyə çağırılıb.
"Report" xəbər verir ki, bununla bağlı Xarici İşlər Nazirliyinin müvafiq şərhi dərc olunub.
Səfir bildirilib ki, Qırğızıstan dünya birliyinin üzvü kimi Rusiyaya qarşı beynəlxalq sanksiya siyasətinə əməl etməlidir.
O da vurğulanıb ki, hərbi texnikanın təchiz edilməsi üçün istifadə oluna bilən malların Qırğızıstan ərazisindən Rusiyaya ixracı Ukrayna tərəfindən təcavüzkar müharibəyə dəstək məqsədi daşıyan qeyri-dost hərəkət kimi qiymətləndiriləcək.
Poliqon.info