Bazar ertəsi, 17 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qəzza zolağında 17 günlük müharibədə 2 mindən çox uşaq həlak olub

İsrail və HƏMAS arasında hərbi münaqişədə həlak olan uşaqların sayı təkcə Qəzza zolağında 2 mini keçib...

Poliqon xəbər verir ki, bu barədə” Save the Children” beynəlxalq xeyriyyə təşkilatı bildirib. Hesabatda qeyd edilir ki, İordan çayının qərb sahilində daha 27 uşaq öldürülüb. Zərəçəkən uşaqların sayı isə 4,6 mini ötüb.

Təşkilatın X sosial şəbəkəsindəki bəyanatında deyilir: “Belə kiçik və sıx məskunlaşan ərazidə davamlı hava hücumları da daxil olmaqla aktiv münaqişə, şok dərəcədə yüksək sayda mülki itki ilə nəticələnir”.

“Save the Children” təşkilatının hesabatında bildirilir ki, Qəzza zolağında hücumlar nəticəsində minlərlə ev, onlarla uşaq meydançası, məktəblər, xəstəxanalar, kilsələr və məscidlər dağıdılıb. Təşkilat qeud edir ki, yaralanan uşaqlar, “əzabverici yanıqlar alıb, əzalarını itirib və digər dəhşətli xəsarətlərə məruz qalıblar”. “Save the Children” təşkilatının Fələstin şöbəsinin direktoru Ceyson Li tərəfləri uşaqların həyatını qorumaq üçün təcili addımlar atmağa və beynəlxalq ictimaiyyətin bu səyləri dəstəkləməsinə çağırıb.

Qeyd edək ki, İsrail və HƏMAS arasında müharibə oktyabrın 7-dən davam edir. Qəzza zolağının əhalisinin yarısı uşaqlardır. Anklavda 5,1 min nəfər ölüb, 15,3 min nəfər yaralanıb. İordan çayının qərb sahilində 95nəfər ölüb və 1,7 min nəfər yaralanıb.

İsraildə müvafiq olaraq 1,4 min ölüb və 5,4 min nəfər xəsarət alıb.

BMT agentlikləri Qəzza zolağında fəlakətli vəziyyəti qeyd edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzzada həlak olan fələstinlilərin sayı 37,3 mini keçib

Sərxan Kamallının ölüm səbəbi açıqlandı - Yenilənib

ANS-də “yarpaq tökümü” - Heç biri 50 yaşa çatmadı...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Atəşkəs niyə pozulur və Paşinyan Bakıya nə “təklif” edir?

Stoltenberq: NATO nüvə silahlarının hazır vəziyyətə gətirilməsini müzakirə edir

Sabiq deputat Mirkazım Kazımov dəfn olunub - Yenilənib

ABŞ-dən Rusiyanın dondurulmuş aktivləri ilə bağlı açıqlama

Bill Qeyts Çinə görə milyardlarla dollarından keçəcək

Ən çox oxunanalar