Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

WP: Ukraynada 3 minə yaxın məhkum müharibədə iştirak etmək üçün azadlığa buraxılıb

Artıq 2750-dən çox məhkum müharibəyə qatılmaq üçün Ukrayna həbsxanalarından azad edilib...

“Report” xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti yazıb.

Ukraynanın ədliyyə naziri Denıs Malyuska nəşrə şərhində ilkin mərhələdə azı 4 min məhkumun könüllü olmağa razı olacağını proqnozlaşdırıb. Hələlik məhkumlar yalnız keçmiş məhbuslardan ibarət hücum bölmələrində xidmət edəcəklər.

“Bizim məhbusların motivasiyası sıravi əsgərlərdən daha güclüdür. Onların azadlığa buraxılması motivin yalnız bir hissəsidir. Onlar vətənlərini qorumaq istəyirlər və çətin günləri geridə qoymaq istəyirlər”, – o vurğulayıb.

Qeyd olunub ki, birdən çox adamı öldürən, cinsi zorakılıq hərəkətləri edən və ya milli təhlükəsizlik qanunlarını pozan şəxslər döyüş əməliyyatlarında iştirak edə bilməzlər. Döyüşmək istəyən hər bir məhbus fiziki cəhətdən sağlam olmalı, psixoloji müayinədən keçməlidir. Eyni zamanda, könüllü olmaq istəyən məhkumun yaşı 57-dən yuxarı olmamalıdır: belə qayda 60 yaşına çatanadək azı üç il xidmət keçməsinə imkan verməlidir ki, bu da onun azadlığa çıxmasına şərait yaradır.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

İcra başçısının COP29 söküntüsü: sökülən reklam lövhələri və “yaşıl soyqırım” - Fotolar

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Kaxovkaya həyat qayıdır: Bu, möcüzədir, planetin heç bir yerində belə bir şey yoxdur - Foto

Ağ çiçəyim"dən təzminat tələb edən sahibkar butulka ilə döyülüb

Bütün zamanların ən gözəl qadınının adı açıqlandı

Niyə bu bürclər həmişə zəngindir? Cavab sizi təəccübləndirəcək

Bəzi bölgələrə leysan yağır - Faktiki hava, Yenilənib    

"Qarabağ" - "Linkoln" matçının hakimləri dəyişdirildi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay