Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxıstanda silah-sursat anbarında partlayış baş verib

Qazaxıstanın Türküstan vilayətinin Arıs şəhərində yerləşən hərbi hissənin silah-sursat anbarında partlayış baş verib

“Report” “Sputnik Kazaxıstan”a istinadən bildirir ki, iyunun 24-də səhər saatlarında meydana gələn hadisə ilə əlaqədar şəhər əhalisi təxliyə edilib.

Hərbi hissə yaşayış binalarına yaxın ərazidə yerləşir. Hərbi hissədən yayılan partlayış səsləri sakinlər arasında vahimə yaradıb.

Qazaxıstanın cənubunda yerləşən Arıs şəhərinin 43 minə yaxın əhalisi var. Türküstan vilayətində 15 təxliyə məntəqəsi fəaliyyət göstərir. Hadisə yerinə fövqəladə hallar qurumunun 52 əməkdaşı, 12 yanğınsöndürən avtomobili cəlb edilib. Bundan başqa 4 texnika, 23 nəfərdən ibarət kinoloq heyəti hadisə yerində fəaliyyət göstərir.

Türküstan vilayətinin başçısı Umirzak Şukeyevin başçılığı altında komissiya yaradılıb.

Partlayışın səbəbi araşdırılır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar