Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxda hüquq-mühafizə orqanları rəhbərlərinin və məktəb direktorlarının iştirakı ilə müşavirə keçirilib

İyunun 9-da Qazax rayonunun Kosalar kəndində 2005-ci il təvəllüdlü qıza toy mərasiminin keçirilməsi rayonun polis əməkdaşları tərəfindən dərhal dayandırılıb, qurulan çadır sökülüb. Qazax Rayon İcra Hakimiyyəti başçısının Kosalar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Əsədov Ramiz Məsi oğlu isə sözügedən hadisə ilə əlaqədar vaxtında aidiyyəti üzrə məlumat vermədiyi üçün tutduğu vəzifədən azad edilib.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, icra aparatının məsul şəxslərinin, RİH başçısı aparatı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya üzvlərinin, İƏD-si üzrə nümayəndələrin iştirakı ilə məlum məsələ ilə bağlı geniş tərkibdə müşavirə keçirilib.

Mediaxeberleri.Az xəbər verir ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov istər şəhər və kəndlərdə keçirilən səyyar görüşlər zamanı, istərsə də digər maarifləndirmə tədbirlərində erkən nikahın qarşısının alınması ilə bağlı aidiyyəti şəxslərə tapşırıq verilməsinə, vətəndaşlarla maarifləndirici söhbətlərin aparılmasına baxmayaraq bu gün rayonda baş vermiş hadisənin xoşagəlməz bir hal olduğunu təəssüf hissi ilə qeyd edib. İcra başçısı baş vermiş hadisə ilə bağlı ciddi iradlarını bildirərək erkən nikaha göz yuman, tutduğu vəzifədən sui istifadə edən hər bir dövlət məmurunun tutduğu vəzifədən azad ediləcəyini, qanun qarşısında hər kəsin eyni dərəcədə məsuliyyət daşıdığını, qanunun aliliyini heçə sayan hər kəsin cinayət məsuliyyətinə cəlb ediləcəyini vurğulayıb. İcra başçısı yetkinlik yaşına çatmayanların hüquqlarının pozulmasına və erkən nikaha qarşı hər kəsin barışmaz mövqedə olmalı olduğunu, dövlətimiz tərəfindən erkən nikahın qarşısının alınması istiqamətində görülmüş işlərə, bu sahədə aparılan mübarizə tədbirlərinə dəstək göstərməli olduğunu diqqətə çatdırıb.

Bugünkü hadisə ilə bağlı sonda bir daha iradlarını bildirən icra başçısı gələcəkdə bu cür halların baş verəcəyi təqdirdə digər icra nümayəndələrini də eyni aqibətin gözlədiyini qeyd edib. Rayon rəhbəri şəhərdə, eləcə də kəndlərdə erkən nikaha qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, azyaşlıya nişan və ya toy mərasimlərinin keçirilməsi ilə bağlı məlumat əldə etdikləri halda dərhal hüquq-mühafizə orqanlarına bildirilməsini qeyd edib və bununla əlaqədar aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış iş adamı Müqayis Verdiyev həbs edildi

3000 şəhid məqaləsi vikipediyadan tamamilə silindi

Paşinyan yenidən hər kəsin gözündə ağ olan qatığın qara olduğunu iddia edir...

Yeməklərdən sonra çay və ya kofe içənlərin nəzərinə!

Bin Ladeni öldürən dəstə bu ölkədə müharibəyə hazırlaşır

Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətində səfərdə olub

Türkiyədə öldürülən səkkiz yaşlı qızın anası danışdı

Ən çox oxunanalar