Çərşənbə, 02 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qatı erməni millətçisi parlament sədrinin müavini seçildi

Daşnaksütun Partiyasının liderlərindən olan İşxan Saqatelyan avqustun 6-da Ermənistan parlamentinin sədr müavini seçilib. Novator.az-ın məlumatına görə, o, birləşmiş müxalifəti təmsil edir.

Ermənistanın yeni parlamenti avqustun 2-də fəaliyyətə başlayıb. İyunun 20-də seçilmiş 107 nəfərlik parlamentdə hakim Vətəndaş Sazişi Partiyasının 71 mandatı var. Bu qurumdan Alen Simonyan parlamentin sədri, Ruben Rubinyan və Akop Arşakyan sədr müavini postlarını tutublar.

Qatı millətçi kimi tanınan İşxan Saqatelyan 20 iyun seçkisində ikinci prezident Robert Köçəryanın, Daşnaksütun Partiyası və Dirçələn Ermənistan Partiyasının cəmləşdiyi Ermənistan blokundan deputat mandatı alıb. Bu blok parlamentdə 29 yer əldə edib.

Üçüncü prezident Serj Sərkisyanın Ermənistan Respublikaçılar Partiyasını Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın Vətən Partiyası ilə birləşdirən “Qürurluyam” blokunun 7 mandatı var.

İşxan Saqatelyanı parlament sədrinin müavini postuna hər iki müxalif blok vahid namizəd göstərmişdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İrandan İsrailə 500-ə yaxın raket atılıb - Yenilənib

DTX-nın hərbi qulluqçularının maaşlarının məbləğlərində dəyişiklik edilib

Ürəyinizin düşməni - Saat 14:00-dan sonra bunları yeməyin

Bakının üç rayonunda suyun verilməsində fasilə yaranacaq

Xersonda bazara artilleriya hücumu olub: Ölənlər və yaralananlar var

İsrail Ordusu: İran tərəfdən artıq təhlükə yoxdur

Tramp: İranın İsrailə raket hücumunun qarşısı alına bilərdi

Ən çox oxunanalar