Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaradağda “Uşaqların hüquqlarını qoruyaq” mövzusunda tədbir keçirilib


21 oktyabr 2014-cü il tarixində Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən Kamran Yaqubov adına 184 nömrəli orta məktəbdə məktəblilər ilə “Uşaqların hüquqlarını qoruyaq” mövzusunda tədbir keçirilib


Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya”sının məsul katibi Firidun Hüseynov, rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili bölməsinin baş inspektoru Ceyran Ömərova, məktəb müəllimləri və şagirdlər iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya”sının məsul katibi Firidun Hüseynov bütün demokratik ölkələrdə olduğu kimi Azərbaycanda da uşaq hüquqlarının qorunması qanunvericiliklə tənzimləndiyini, uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların təhsil, səhiyyə hüquqlarının daha da təkmilləşdirilməsi ilə konkret tədbirlərin və dövlət proqramlarının gerçəkləşdirildiyini qeyd etdi. Bildirdi ki, artıq ölkəmizdə uşaqların sağlamlığının yaxşılaşdırılması, təlim-tərbiyəsinin düzgün təşkili, fiziki, əqli və intellektual-mənəvi inkişafı, eləcə də onların öz istedadlarını nümayiş etdirmələri üçün lazımi şərait mövcuddur. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasətinin başlıca məqsədi uşaqların tairixmizə, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşan vətənpərvər layiqli vətəndaş kimi yetişdirilməsidir. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ölkəmizdə uşaqların hüquqlarının hərtərəfli qorunmasına xüsusi diqqət və qayğı göstərir.

Daha sonra çıxış edən digər natiqlər də uşaqlara dövlət tərəfindən göstərilən diqqətdən söz açdılar. Bildirildi ki, ümummilli lider Heydər Əliyevin uşaqlara məhəbbəti hamı üçün ibrətamiz nümunədir. Azərbaycan Respublikasının "Uşaq hüquqları haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunları da məhz ulu öndərin qayğısının təcəssümüdür. Həmin vaxtlardan sonra ölkədə qəbul olunan və həyata keçirilən onlarca dövlət proqramı uşaqlarla bağlı bütün problemlərin həllinə yönəldilmiş vahid bir siyasəti reallaşdırır. Eyni zamanda tədbirdə sosial narahatlıq doğuran erkən nikahlar barədə də danışıldı.

Tədbir uşaqları maraqlandıran sualların cavablandırılması və məktəblilərin hazırladıqları səhnəciklə yekunlaşdı.

pia.az






Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”    

Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıb    

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Ən çox oxunanalar