Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaradağda şəhid Ağabəy Məmmədquliyevin doğum günü qeyd edilib

İyunun 15-də Qaradağ rayonu Korgöz qəsəbəsində şəhid Ağabəy Məmmədquliyevin doğum günü qeyd edilib.

Şəhid Ağabəy Məmmədquliyev 15 iyun 2001-ci il tarixində Qaradağ rayonu Korgöz qəsəbəsində anadan olmuşdur. Korgöz qəsəbəsində 197 nömrəli tam orta məktəbi bitirmişdir.2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə getmişdir.Xidmətini müharibəyə qədərki son günlərə qədər Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissədə davam etdirmişdir.Azərbaycan Ordusunun əsgəri olan Ağabəy Məmmədquliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ağabəy Məmmədquliyev 27 sentyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağabəy

Məmmədquliyev ölümündən sonra "Vətən uğrunda","Suqovuşanın azad olunmasına görə" , "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.
Şəhidin doğum günü ilə əlaqədar olaraq tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin rəhbər işçiləri,Milli Məclisin deputatı,rayon ictimaiyyət nümayəndələri,qəsəbənin ağsaqqalları və əhalisi iştiak etmişdir.Daha sonra şəhidin ailəsi ziyarət olunmuş və şəhidin xatirəsinə tikilmiş bulağ kompleksinin açılışı olmuşdur.Bulağ kompleksinin açlışında nitq söylənmiş və gül dəstələri qoyulmuşdur.Tədbir şəhidin məzarı ziyarət olunduqdan sonra bitmişdir.Şəhid ailəsi şəhidin xatirəsinə tikilmiş bulağ kompleksinin başa gəlməsi üçün göstərilmiş koməkilk üçün Qaradağ rayon İcra Hakimiyyətinə və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Ali Baş Komandan cənab İlham Əliyevə, birinci vitse prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını və təşəkkürünü bildirmişdir.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - Yenilənib 

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

"İdman TV"nin direktoru işdən çıxarıldı - Yenilənib

Bakıda “Fransanın Afrikada neokolonializm siyasəti” mövzusunda beynəlxalq konfrans keçirilib

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın işinin təşkili üçün işçi qruplar yaradılacaq

Qurban Qurbanov: "Malmö" ilə oyunda xeyli sayda qol epizodlarımız oldu"

ABŞ-nin dövlət borcu iki gündə rekord həddə artdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay