Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaradağda Müəllimlər Gününə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan təhsili” adlı konfrans kecirildi

Oktyabrın 4-də Qaradağ rayonu Lökbatan qəsəbəsi, Heydər Əliyev Mərkəzində “5 oktyabr – Müəllimlər Günü” ilə əlaqədar “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyev və Azərbaycan təhsili” adlı konfrans kecirildi...

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Səbinə Xasayeva, rayon icra hakimiyyətinin məsul işçiləri, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Qaradağ rayon Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Zümrüd Rzayeva, məktəb direktorları və müəllimlər iştirak edirdi.

Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu, əziz xatirəsi yad edildi.

Qaradağ rayon Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Zümrüd Rzayeva qonaqları salamlayaraq tədbiri açıq elan etdi.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Vətən müharibəsində şəhid olmuş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Ümummilli liderimiz Heydər Əliyevin müəllimlərlə görüşləri haqqında hazırlanmış videoçarx nümayiş edildi.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimləri təbrik edərək onlara əmək fəaliyyətlərində uğurlar arzuladı. Qeyd etdi ki, ölkəmizdə əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatları öz töhfələrini verməkdədir. Məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazalarının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinə də öz müsbət təsirini göstərir.

Bundan əlavə Qaradağ rayonunun əldə etdiyi nəticəni xüsusi vurğulayaraq bildirdi ki, 2022-2023-cü tədris ilində 1731 nəfər tam orta təhsil almış, 1138 nəfər ali təhsil müəssisəsinə imtahan vermiş, onlardan 710 nəfər ali məktəbə daxil olmuşdur. Nəticə olaraq, ümumi məzunların 41 %, ali məktəbə sənəd verənlərin isə 62,4% tələbə adını qazanmışdır. Qaradağ rayonu üzrə 22 məzun 600 baldan yuxarı nəticə əldə edərək müxtəlif ali təhsil müəssisələrinə qəbul olmuşlar.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxışını “Bizim tərbiyə etdiyimiz şagirdlər Vətən Müharibəsində qəhrəmanlıq göstərərək torpaqlarımızı düşmən tapdağından azad etdilər. Vətən Müharibəsinə könüllü gedən onlarla müəllimlərimiz şəhid, qazi oldular” cümlələri ilə tamamladı.
Milli Məclisin deputatı Səbinə Xasayeva Azərbaycan gənclərinin vətənpərvər ruhda böyümələrində müəllimlərin əməyinin danılmaz olduğunu qeyd etdi. Onların sayəsində işğalda olan torpaqlarımız qaytarıldı

Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev çıxış edərək Azərbaycanda müəllim əməyinə, şəxsiyyətinə daim yüksək qiymət verildiyini bildirdi və müstəqil Azərbaycanın gələcəyinin məhz müəllim əməyinin düzgün təşkilindən, gənc nəslin təlim-tərbiyəsi işinə göstərilən qayğıdan daha çox asılı olduğunu qeyd etdi.

Hər il rayon üzrə ali məktəblərə qəbul olan, 600-dən çox bal toplamış, tələbə adını qazanan məzunların sayının artmasını dövlətimiz tərəfindən təhsilə göstərilən diqqətin nəticəsidir.

V.Əsədov adına körpələr evi-uşaq bağçasının uşaqları müəllimə həsr olunmuş şeirlər səsləndirdilər. Daha sonra çıxış edən müəllimlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda Beynəlxalq Müəllimlər Günü münasibəti ilə əməkdə fərqlənmiş müəllimlər Qaradağ Rayon İcra Hakimiyyətinin Fəxri fərmanı və qiymətli hədiyyə ilə təltif edildi.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”    

Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıb    

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Ən çox oxunanalar