Çərşənbə, 29 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağda əsəb savaşı... - Separatçı düşərgə süqutunu yaşayır?

Separatçıların düşərgəsində heç kəsin anlaya bilmədiyi kadr dəyişiklikləri baş verir...

Siyasi-şərhçi: “Hal-hazırkı vəziyyətdə həyata keçirilən addımların səmərəsi və çıxış yolu barəsində Qarabağ separatçılarının indiki rəhbərliyində duran şəxslər arasında fikir ayrılıqları var”.

“Ermənilərin gələcəklə bağlı az olan nikbinliyi də itir. Belə olan şəraitdə də, əlbəttə, orada daha böyük böhranların şahidi olacağıq”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov Qarabağ separatçıları arasında baş verənləri PİA.az-a şərh edərkən qeyd edib.

Vardanyanın Qarabağa transfer olunmasından sonra separatçıların düşərgəsində heç kəsin anlaya bilmədiyi kadr dəyişiklikləri baş verir. Bu dəyişikliklərdən çıxış edərsək, separatçı düşərgədəki vəziyyəti necə dəyərləndirmək olar? Bəziləri hesab edirlər ki, separatçı düşərgə süqutunu yaşayır. Bu fikirlərlə nə qədər razılaşmaq olar?

Mövzunu PİA.az-ın əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Aksiyanın məqsədi həm də Qarabağ ermənilərinin daxilində fikir ayrılığının böhran vəziyyətinə çatdırılmasıdır və hazırda biz bunu müşahidə edirik”.

Laçında keçirilən ekoaktivistlərin aksiyalarının nəticələrindən biri kimi Qarabağ ermənilərinin daxilində fikir ayrılığının böhran vəziyyətinə çatdırdığını qeyd edən ekspert PİA.az-a bildirib ki, aksiyanın uzunmüddətli olması seperatçılar arasında fikir ayrılığına gətirib çıxarıb:

“Qismən demək olar ki, separatçı düşərgə süqutunu yaşayır. Hal-hazırkı vəziyyətdə həyata keçirilən addımların səmərəsi və çıxış yolu barəsində Qarabağ separatçılarının indiki rəhbərliyində duran şəxslər arasında fikir ayrılıqları var. Bunu biz hətta Araik Arutunyanın Fransa səfərində də görmüşdük. Belə ki, Arutunyan bir tərəfdən bəyanat verdi ki, Laçın yolunda beynəlxalq sülhməramlılar təminatçı ola bilər. Səhərisi gün isə müəyyən təzyiqlər qarşısında fikirlərinə xüsusi bəyanatla dəqiqlik gətirərək bildirdi ki, biz beynəlxalq aləmdən Rusiya sülhməramlıları üçün beynəlxalq mandat istəyirik.

Biz burada iki əsas mövqenin mübarizəsini görürük:

Birinci mövqe odur ki, Rusiya tərəfi ilə münasibətləri korlamaması şəraitində, 12 dekabra qədər olan vəziyyəti davam etdirmək və gələcək üçün resurs toplamaq.

İkinci mövqe isə Vardanyanın mübarizəsidir. Gələcəkdə hansı addımların atılmasını indidən müəyyənləşdirmək və bunun uğrunda mübarizə aparmaq. Vardanya maksimalist mövqedən çıxış edir və onun maksimalist mövqeyi digərləri tərəfindən ciddi qəbul olunmur.

Fərhad Məmmədov: “Vardanyan gələndən sonra erməni qulağına daha xoş gələn fikirlər, bəyanatlar verir, amma nəticədə ermənilər problemlərlə üzləşirlər”.

Birinci tərəf Azərbaycanın tələblərinin qismən də olsa yerinə yetirib yolun açılmasına nail olmaq istəyir. İkinnci tərəf isə heç bir güzəştə getmədən sona qədər mübarizə aparmağı təklif edir.

Biz görürük ki, bu fonda mübarizə davam edir və bu mübarizənin sonunda separatçılar doğrudan da süqut edə bilərlər. Çünki Araik Arutunyanın da bir arqumenti var ki, Vardanyan bölgəyə gəlməmişdən əvvəl ordakı ermənilər pis-yaxşı dolanırdılar. Ermənistandan onlara resurs, maliyyə təminat var idi. Həmçinin Laçın dəhlizi sərbəst fəaliyyət göstərirdi. Amma Vardanyan gələndən sonra erməni qulağına daha xoş gələn fikirlər, bəyanatlar verir, amma nəticədə ermənilər problemlərlə üzləşirlər.

Düşünürəm ki, Laçında keçirilən ekoaktivistlərin aksiyalarının nəticələrindən biri də məhz budur. Aksiyanın məqsədi həm də Qarabağ ermənilərinin daxilində fikir ayrılığının böhran vəziyyətinə çatdırılmasıdır və hazırda biz bunu müşahidə edirik. Aksiyanın uzunmüddətli olması ermənilər üçün gözlənilməz oldu və bu gözlənilməzlik seperatçılar arasında fikir ayrılığına gətirib çıxardı.

Ümumiyyətlə, ermənilərin gələcəklə bağlı az olan nikbinliyi də itir. Belə olan şəraitdə də, əlbəttə, orada daha böyük böhranların şahidi olacağıq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu prospektdəki məşhur dairə ləğv edildi - Video

Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?..

Rusiya hər tərəfdən mühasirəyə alınıb - Medvedev

Ağdamda mina partlayışı olub, ANAMA əməkdaşının ayağı amputasiya edilib - Yenilənib

Prezident və birinci xanım Xocalıda 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar - Yenilənib

Avropa İttifaqı Gürcüstanla bağlı bəyanat yayıb

Erməni katolikosu "Sardarapat" memorial kompleksinə buraxılmadı

İspaniyanın ardınca daha iki dövlət Fələstini rəsmən tanıdı

Putin: Ukrayna ilə bağlı danışıqları İstanbulda qoyulmuş əsasda davam etdirməyə hazırıq

Ən çox oxunanalar