Çərşənbə axşamı, 28 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağa qayıdan keçmiş məcburi köçkünlərə hansı güzəştlər edilir?

Milli Məclisin deputatı Ceyhun Məmmədov Qarabağa qayıdan keçmiş məcburi köçkünlərə güzəştlər edilməsi, onların 3 illik kommunal borclardan azad edildiyi barədə iddialara aydınlıq gətirib...

Deputat Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycanda Qarabağa “Böyük Qayıdış” prosesi uğurla həyata keçirilir:

“Hazırda dövlət səviyyəsində bu istiqamətdə çox mühüm addımlar atılır. Bu proses kənardan kifayət qədər asan görünsə də, əslində çox ağır və mürəkkəb prosesdir. İnsanlarımız uzun müddət öz doğma yurdlarından köçüblər və bu gün onlar yeni ərazilərdə, yeni evlərdə məskunlaşıblar. İşğaldan azad olunmuş ərazilərə hazırda qaz çəkilişi həyata keçirilmədiyinə görə bütün proses elektrik enerjisi ilə tənzimlənir. Bəli, buna görə də sakinlər üçün müəyyən güzəştlər nəzərdə tutulub. Bu da təbiidir. Çalışmalıyıq ki, vətəndaşlarımızın Qarabağa qayıdışı üçün bütün addımları ataq, bütün səyləri göstərək. Hesab edirəm, bunu müzakirə obyektinə çevirməyə ehtiyac yoxdur. Hər bir insanımız bu məsələyə anlayışla yanaşmalıdır. Dövlət öz addımlarını atır, tədbirlər həyata keçirir. Biz də bunu dəstəkləməliyik”.

C.Məmmədov keçmiş məcburi köçkünlərin 3 il müddətinə kommunal borclardan azad edildiyi barədə iddialara isə belə cavab verib: “Müddətlə bağlı heç bir məsələ yoxdur. 3 il müddəti insanların özləri tərəfindən irəli sürülüb. Müəyyən güzəştlər var, olub və olacaq. Güzəştləri mütləq etməliyik ki, qarşımıza qoyduğumuz hədəf və məqsədlərə çata bilək. Dünyanın ayrı-ayrı ölkələrində zaman-zaman belə addımlar atılır və belə addımların olması normaldır”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Emin 4 il əvvəl boşandığı modellə yenidən evləndi

Libidosu ən yüksək olan bürclər açıqlandı - Video

Kanalda batan Azərbaycan hərbçisinin meyiti tapılıb

Şabranda komaya düşən məktəbli xəstəxanada ölüb

NATO Parlament Assambleyası Ukraynaya alyans silahları ilə Rusiyaya hücum etməyə icazə verib

Zaqatalada 44 yaşlı qadın odlu silahla qətlə yetirilib, qardaşı saxlanılıb

Azərbaycan idmançıları Batumidə kikboksinq və MMA üzrə beynəlxalq turnirdə qalib olublar

Zakir Həsənov: Azərbaycan Ordusu azad edilmiş ərazilərdə mövqelərini daha da möhkəmləndirir

İlham Əliyev: Azərbaycan həmişə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub

Ən çox oxunanalar