Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qanunsuz ov edən 13 nəfər saxlanılıb

Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb...

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri və Xaçmaz rayonu akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Şabran rayon sakini Ariz Məmmədov, Siyəzən rayon sakinləri Mübariz Məhərrəmov, Mehman Əkbərov, Eldəniz Cavadov, Xaçmaz şəhər sakini Rasim İsmayılov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Qeyd olunub ki, ölkə ərazisində keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 1882 metr uzunluğunda 26 ədəd sintetik tor yığışdırılıb. Ayrı-ayrı izibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə isə 13 nəfər saxlanılıb. Araşdırma zamanı qanun pozucularının Şəmkir rayon sakini Elsevər Məmmədov, Bakı şəhər sakinləri Ceyhun Şükürov, Vüqar Mehdiyev, Roman Allahverdiyev, Şamxal Bağırov, Xocavənd rayon sakini Qəşəm Fərzəliyev, Biləsuvar rayon sakini İslam Haqverdiyev, Saatlı rayon sakinləri Mirbaba və Mirsahib Rzayevlər, Gəncə şəhər sakini Kamran Abdullayev, İmişli rayon sakinləri Allahyar Allahyarov, Xalid Xammədov və Mayıl Məmmədov olduğu müəyyən edilib.

Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

pia.az


Etiket: Qanunsuz ov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Ən çox oxunanalar