Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qanunsuz ağac kəsənlər cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması, ağac emalı sexlərində istifadə olunması, eləcə də ağac kömürünün hazırlanması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib


Nazirlikdən verilən məlumata görə, keçirilən reydlər zamanı Lənkəranrayonu ərazisində rayonun Təngivan kənd sakini Əlibaba Məmmədova məxsus “KamAZ” markalı 42 BR 421 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 4,91 m3 həcmində fıstıq, 3,8 m3 həcmində ağcaqayın və 0,03 m3 həcmində qızılağac cinsli taxta materialı aparıldığı aşkarlanıb.

Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 2100,29 manat məbləğində ziyan tətbiq edilib.

Gəncə şəhəri ərazisində keçirilən reyd zamanı Göygöl rayonu Tülallar kənd sakini Vüqar Məmmədova məxsus sahədə satış məqsədilə ümumi çəkisi 713 kiloqram olan 62 kisə kömür aşkarlanıb. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 986 manat məbləğində ziyan tətbiq edilib.

Həmçinin Goranboy rayonu Qaraçinar kənd sakini Səfəralı Zalova məxsus ağac emalı sexində 0,4 m3 həcmində cökə cinsli və Kəlbəcər rayon sakini Şahin Süleymanova məxsus ağac emalı sexində ümumilikdə 0,99 m3 həcmində göyrüş, cökə və fıstıq cinsli taxta materialı aşkarlanıb. Faktlarla bağlı qanun pozucuları barəsində aktlar tərtib olunub və onlara ümumilikdə 123,50 manat məbləğində ziyan tətbiq edilib. Hazırda reydlər davam etdirilir

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”    

Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıb    

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Ən çox oxunanalar