Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qafqaz Müsəlmanları İdarəsi vahid xütbə kitabı hazırlayır


"Azərbaycanda yeni vahid xütbələr kitabı hazırlanır"


Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xütbə və moizələr şöbəsinin müdiri, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin baş müəllimi Aqil Şirinov bildirib.

Onun sözlərinə görə, kitab QMİ sədri, şeyxülislam Allahşükür Paşazədinin tapşırığı ilə hazırlanır: "Kitab üzərində işin bitməsinə az qalıb. Biz vahid xütbə kitabında həm aktual, həm də dində təfriqəçiliyə yol verməyən mövzuların yer almasına çalışmışıq. Nəşrdə Azərbaycanda mövcud olan islam məzhəbləri arasında heç bir ayrı-seçkiliyə yol vermədən, onların hamısını əhatə edən mövzular yer alacaq. Kitabda "Quran" və hədislərdən, eyni zamanda təfsir kitablarından istifadə olunub. Kitabda hər həftə üçün bir xütbə verilib. Hər xütbə isə bir neçə səhifədən ibarətdir".

A.Şirinov deyib ki, bundan əvvəl mövcud olan vahid xütbə kitabında yalnız mövzu ilə əlaqədar ayə və hədislər verilib: "Yeni kitab isə tam xütbə formasına salınıb".

Qeyd edək ki, kitab nəşr olunduqdan sonra məscidlərə paylanılacaq, axund və imamlar üçün vəsait rolunu oynayacaq. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

“Bavariya” və “Mançester Yunayted” arasında məşqçi mübadiləsi baş tuta bilər

Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”

Ən çox oxunanalar