Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinlə Bayden arasında telefon danışığı olub - Yenilənib

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Putin Baydeni ABŞ prezidenti postunda işə başlaması münasibəti ilə təbrik edib.

Putin RusiyaABŞ arasında münasibətlərin normallaşmasının dünyada təhlükəsizlik və sabitliyin dəstəklənməsində xüsusi məsuliyyət daşıdıqlarını nəzərə alaraq, hər iki ölkənin - beynəlxalq ictimaiyyətin maraqlarına cavab verəcəyini qeyd edib.

Prezidentlər bu gün Strateji Hücum Silahları Müqaviləsinin müddətinin uzadılması ilə bağlı razılığın əldə edilməsinə dair aparılan diplomatik notalar mübadiləsi ilə əlaqədar məmnunluqlarını ifadə ediblər.

Telefon danışığı zamanı RusiyaABŞ liderləri ikitərəfli, beynəlxalq gündəmdə olan aktual məsələləri müzakirə ediblər.

Ticarət-iqtisadi məsələlər daxil olmaqla, digər sahələrdə olduğu kimi koronavirus pandemiyası kimi kəskin problemlə mübarizədə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Beynəlxalq mövzular arasında ABŞ-ın Açıq Səma Müqaviləsindən birtərəfli qaydada çıxması, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının qorunması problemi, Ukrayna münaqişəsinin nizamlanması, eləcə də Rusiyanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sammitin keçirilməsinə toxunulub.

Ümumilikdə RusiyaABŞ liderlərinin söhbəti işgüzar və açıq xarakter daşıyıb. Təmasların dəstəklənməsi razılaşdırılıb.

***

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Danışıqların mövzusu barədə məlumat verilməyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar