Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Ukraynadakı müharibəni ruslar üçün ölüm-qalım savaşı elan edib

Rusiya prezidenti bildirib ki, Ukraynadakı müharibə zamanı NATO-nun əsas məqsədi Rusiyanın parçalanması və ərazisinə nəzarətin bərqərar olmasıdır…

Poliqon.info xəbər verir ki, Reuters Agentliyi məlumat yayıb. Nəşr yazır ki, Putin müharibəni Rusiya üçün ekzistensial təhlükə kimi təqdim etməklə rusları daha dərin qarşıdurmaya hazırlayır.

“Onların (NATO) bir məqsədi var - keçmiş Sovet İttifaqını və onun əsas hissəsini - Rusiyanı dağıtmaq. O zaman bəlkə də bizi sivil xalqlar ailəsi deyilən ailəyə qəbul edərlər, ancaq ayrılıqda, başa düşürsünüz, hər bir hissə ayrı-ayrılıqda. Nə üçün? Bu hissələri nəzarət altına almaq üçün”, deyə Putin “Rossiya 1” telekanalının müxbiri Pavel Zarubinə müsahibəsində deyib.

Putin həmçinin belə bir ssenaridə rus xalqının etnik qrup kimi sağ qalacağına şübhə etdiyini bildirib.

“Necə deyərlər, moskvitlər olacaq, urallılar və s. olacaq” deyə Putin vurğulayıb.

Rusiya prezidentinin sözlərinə görə, NATO-nun bu planları Kremlə məlum idi və hətta “kağız üzərində də öz əksini tapıb”, lakin Moskva “münasibətlərin qurulması şəraitində” onlar haqqında “tərəfdaşlıq mülahizələrindən kənar” danışmamağa çalışıb.

“İndi onların Sovet İttifaqının dağılmasından sonra dünyanı sırf özləri üçün yenidən nizamlamaq cəhdləri belə vəziyyətə gətirdiyinə görə, təbii ki, biz buna cavab vermək məcburiyyətindəyik”, deyə Putin bildirib.

Reuters qeyd edir ki, Ukraynaya müdaxilə əmrindən bir il sonra Putin getdikcə müharibəni Rusiya tarixində həlledici məqam kimi təsvir edir. Agentlik bildirir ki, Ukraynada baş verənləri Rusiya üçün ekzistensial təhlükə kimi qələmə verən Putin rusları daha dərin münaqişəyə hazırlayır.

Bundan əlavə, Ukraynadakı müharibənin bu cür təfsiri 70 yaşlı siyasətçiyə silah seçimində daha çox sərbəstlik verir, deyə Reuters yazır. Rusiya nüvə doktrinası nüvə silahından istifadəyə icazə verir. Doktrinaya görə, əgər bu, “dövlətin mövcudluğu üçün” təhlükə yaradırsa Rusiyaya qarşı adi silahlardan istifadə etdikdə də Kreml nüvə silahından istifadə edə bilər.

Agentlik vurğulayır ki, Putin Qərbin Ukraynaya təslim olmadığı təqdirdə beynəlxalq nüvə nəzarətinin arxitekturasını məhv etməyə hazır olduğuna bir daha işarə edib.

Zarubinə müsahibəsində Rusiya prezidenti bəyan edib ki, bütün NATO blokunun nüvə potensialını müzakirə etmək və hesablamaq lazımdır. Qeyd edək ki, NATO blokunun nüvə dövlətlərinə ABŞ-dan başqa, Böyük Britaniya və Fransa da daxildir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

Azərbaycanda yeni qarpız və yemiş növləri yaradılır

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilib    

Ən çox oxunanalar