Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin böyük biznesə dövlət qarşısında məsuliyyəti xatırladacaq

Vladimir Putin Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının üzvləri ilə görüşü zamanı böyük biznesə dövlət qarşısında artan məsuliyyəti xatırlatmaq niyyətindədir…

Poliqon.info xəbər verir ki, bu barədə Bloomberg Agentliyi iclasın hazırlanması ilə bağlı məlumatlı mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, tədbir cümə axşamı, martın 16-da baş tutacaq.

Agentliyin həmsöhbətləri bildirirlər ki, görüşdə prezident ölkənin iqtisadi artımının bərpası məsələsinə də diqqət yetirəcək.

Xəbərdə bildirilir ki, Rusiyanın biznes nümayəndələri də öz növbəsində dövlətin iqtisadiyyatda rolunun artması ilə bağlı narahatlıqlarını prezidentə bildirmək və biznes mühitinin liberallaşdırılması istiqamətində addımlar təklif etmək istəyirlər. Mənbələr bildirirlər ki, biznes nümayəndələri xüsusilə müəyyən iqtisadi cinayətlərin, o cümlədən çirkli pulların yuyulmasının dekriminallaşdırılmasını təklif etmək istəyirlər.

Bloomberg qeyd edir ki, Ukraynada müharibənin yaratdığı büdcə kəsirini azaltmaq üçün hökumət iri bizneslərdən büdcəyə 300 milyard dollar məbləğində əlavə vergi yığmağı planlaşdırır. Agentlik mənbələri bildiriblər ki, Putinlə görüşdə məsələ ilə bağlı yekun qərar veriləcəyi gözlənilmir.

Xəbərdə qeyd edilir ki, Rusiya böyük biznesinin bəzi nümayəndələri müharibə başlayandan sonra Rusiya hakimiyyətindən uzaqlaşmağa çalışırlar. Bəziləri, o cümlədən “Alfa-Bank”ın ortaq sahibləri Pyotr Aven və Mixail Fridman Rusiyaya qayıtmaqdan imtina ediblər. Bir neçə oliqarx isə ümumiyyətlə Rusiya vətəndaşlığından imtina edib. Onların arasında Oleq Tinkov, Yuri Milner və Nikolay Storonski var.

Xatırladaq ki, yanvar ayında Rusiyanın ən varlı oliqarxlarından biri Əlişir Usmanov Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının İdarə Heyətini tərk edib və bunu təqaüdə çıxmaq istəyi ilə izah edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Ən çox oxunanalar