Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin 9 mayda ikiqat qələbəni bayram edə biləcək?..

Putinin o qədər də yaxşı getməyən əməliyyatının 9 May “Qələbə Günü”ə qədər bitirəcəyini iddia edirlər...

Hərbi-ekspert: “Hadisələrin bu templə inkişafı Rusiyanın heç də 9 Maya qədər iki qat qələbəni qeyd edəcəyini ehtimal etməyə əsas vermir”.

“Bəlkə də, yaxın vaxtda müharibənin dayandırılması üçün hansısa qərar qəbul edildi, amma atəşkəsin əldə olunması uzun aylar tələb edəcək”.

Bu sözləri hərbi-ekspert Ədalət Verdiy Rusiya prezidenti Vladimir Putinin 9 May “Qələbə Günü”ə qədər müharibəni bitirəcəyi iddiasını PİA.az-a şərh edərkən qeyd edib.

ABŞ prezidenti ABŞ prezidentinin təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın proqnozuna görə Rusiya Ukraynadakı planlarını dəyişib və müharibə aylarla uzana bilər. Sallivani hesab edir ki, işğalçılar bütün güclərini Luqansk və Donetsk ərazilərinin, həmçinin Xarkovun tam işğalına yönəldəcək və bu yolla Kiyev ətrafında olan məğlubiyyəti ört-basdır eləməyə çalışacaqlar. Bəzi məlumatlarda isə Putinin o qədər də yaxşı getməyən əməliyyatı 9 May “Qələbə Günü”ə qədər bitirməyi və bunu 9 mayda ikiqat qələbə kimi qeyd eləməyi planlayır.

Dünən Buçada açıqlama verən Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç isə hesab edir ki, Putinin əsas məqsədi Xarkov, Luqansk və Donetsk vilayətlərini tam ələ keçirməkdir. Buan görədə ordu birləşmələrini Kiyev ətrafından çıxararaq cənub və şərq istiqamətində toplayır. Arestoviç onu da bildirib ki, onlar da bu hücuma hazırlaşırlar, hətta yaxın günlərdə Mariupolun mühasirəsi yarıla və şəhərin işğaldan azad edilməsi baş verə bilər. Arestoviçin fikrincə Kiyev ətrafında baş verən məğlubiyyət cənub və şərq istiqamətlərdə də təkrarlanarasa, bu artıq Putinin məğlubiyyətinin açıq göstərisi olacaq. Ukrayna rəsmisi hesab edir ki, bu məğlubiyyətin kölgəsini öz üzərindən atmaq üçün Putin yaxın günlərdə öz ətrafından kimisə qurban verə bilər və bu qurban Şoyqu da ola bilər.

Rusiya ordusunun hazırkı vəziyyətində Ukraynanın cənub və şimal istiqamətlərində ciddi qələbə qazanması imkanlarını necə dəyərləndirmək olar?

Rusiya-Ukrayna müharibəsinin son vəziyyətini PİA.az-ın əməkdaşı hərbi-ekspert Ədalət Verdiy ilə müzakirə edib.

Ədalət Verdiyev: “Tək Ukraynanın paytaxtı Kiyev ətrafında deyil, eyni zamanda Çerniqov və Sumi vilayətindən işğalçı ordunun geri çəkilməsi, Rusiyanın şərqdə və cənubda Luqansk və Donetsk, həmçinin Xarkov istiqamətində əməliyyatlarını daha da intensivləşdirmək məqsədi daşıyır”.

Rusiya cənub istiqamətində müəyyən nailiyyətlər əldə etsə də, son günlər irəliləyişlərinin heç bir istiqamət üzrə nəzərə çarpmadığını vurğulayan ekspert PİA.az-a bildirib ki, hazırda tək kritik vəziyyət Mariupolda formalaşıb. Bir aya yaxındır ki, şəhər mühasirədədir, amma təslim olmur:

ABŞ prezidentinin administrasiyasından verilən proqnozlar, əslində daha əvvəl də səslənmişdi. Çünki müharibə meydanında Rusiya-Ukrayna ordusu ilə bərabər, həm də digər ölkələrdən gələn çoxsayda və müxtəlif maraqlara xidmət edən silahlılar da əməliyyata cəlb olunub. Fərqli məqsədlərə xidmət edən qruplaşmaların bir əmrlə atəşkəsi dayandıracaqları real görünmür. Bəlkə də, yaxın vaxtda müharibənin dayandırılması üçün hansısa qərar qəbul edildi, amma atəşkəsin əldə olunması uzun aylar tələb edəcək.

Tək Ukraynanın paytaxtı Kiyev ətrafında deyil, eyni zamanda Çerniqov və Sumı ərazilərdən Rusiya qoşunlarının geri çəkilməsi Rusiyanın şərqdə Luqansk və Donetsk, həmçinin Xarkov istiqamətində əməliyyatlarını daha da intensivləşdirmək məqsədi daşıyır. Göründüyü kimi çox geniş coğrafiyada Rusiyanın hücum əməliyyatlarını davam etdirmək imkanı olmadı. Buna görə də Rusiya hücum cəbhəsini daraltmaqla əsas zərbə istiqamətində nailiyyətlər əldə etməyə üstünlük verdi.

Əslində müharibənin birinci fazası Rusiya üçün uğursuz oldu və Moskva qarşısına qoyduğu heç bir məqsədə nail ola bilmədi. Buna görə də itkiləri azaltmaq məqsədi ilə daha geniş coğrafiyda vuruşmaq taktikasından imtina edildi. Rusiya bununla əməliyyatın plana uyöun getməsinin görüntüsünü yaradır.

Ədalət Verdiy: “Kiyev və Çerniqov ərazilərindən Rusiya ordusunun geri çəkilməsi də öz xoşu ilə baş verməyib. Bu Ukrayna ordusunun güclü müqaviməti nəticəsində baş verib”.

Hadisələrin bu templə inkişafı Rusiyanın heç də 9 Maya qədər iki qat qələbəni qeyd edəcəyini ehtimal etməyə əsas vermir. Şimal istiqamətində ümumiyyətlə qələbədən danışmağa dəyməz. Çünki Kiyev və Çerniqov Ukraynanın şimalında yerləşir və Rusiya ordusu bu əraziləri tamamilə baoşaldıb.

Rusiya cənub istiqamətində müəyyən nailiyyətlər əldə etsə də, son günlər Rusiyanın irəliləyişləri heç bir istiqamət üzrə nəzərə çarpmır. Hazırda tək kritik vəziyyət Mariupolda formalaşıb. Bir aya yaxındır ki, şəhər mühasirədədir, amma təslim olmur. Xarkov qarşı hücumlarda da bir qədər intensivləşmə müşahidə olunur. Lakin Xarkov istiqamətində də Ukrayna ordusu güclü müdafiə yarada bilib. Digər istiqamətlərdə Rusiyanın çox ciddi fəaliyyətləri müşahidə olunmur. Hazırda isə Rusiya generallarının əsas məqsədi Donetsk və Luqanskda Ukrayna ordusunu mühasirəyə almaqdır. Əslində Rusiya 9 maya qədər buna nail olmaq istəyir. Lakin buna nə qədər müvəffəq olacaq, hələlik demək mümkün deyil.

Ümumilikdə götürdükdə, Ukrayna rdusu daha aktiv əks hücumlara üstünlük verir və uğurlar qazanır. Artıq Rusiya da da etiraf edirlər ki, Ukrayna ordusu müharibəyə yaxşı hazırlaşıb. Kiyev və Çerniqov ərazilərindən Rusiya ordusunun geri çəkilməsi də öz xoşu ilə baş verməyib. Bu Ukrayna ordusunun güclü müqaviməti nəticəsində baş verib”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

Ən çox oxunanalar