Bazar ertəsi, 03 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Problemli kreditlər niyə azalmır, artır?

Məhəmməd Talıblı: “İstehlak kreditlərində problemli kreditlərin yaranması bəzi sahələrdə ixtisarların olması və iş yerlərinin itirilməsi ilə bağlıdır”

Əkrəm Həsənov: ““Problemli kreditlərin mütləq əksəriyyəti bank sahiblərinin və rəhbərlərinin yaxınlarına, hətta öz şirkətlərinə verdiyi kreditlərdir”.

Azərbaycanda vaxtı keçmiş kreditlər problemi aktual olaraq qalmaqdadır. Mərkəzi Bankdan verilən məlumata görə, problemli kreditlər artmaqda davam edir. Belə ki, manatla kreditlər üzrə vaxtıkeçmiş kreditlərin həcmi 845.5 mln. manat, xarici valyutada kreditlər üzrə isə bu rəqəm 936.6 mln. manat olub. Ümumilikdə, ilin əvvəlindən cəmi kreditlər üzrə vaxtıkeçmiş kreditlərin həcmi 86.2 mln. manat - 9,55% artıb. Manatla kreditlərdə vaxtıkeçmiş kreditlərin həcmi yeddi ayda 38.6 mln. manat, xarici valyuta üzrə kreditlərdə vaxtıkeçmiş kreditlərin həcmi 47.6 mln. manat artıb.

2018-ci ildə problemli kreditlərlə bağlı məsələyə dövlət tərəfindən müdaxilə ediləcəyinə dair məlumatlar yayılsa da, problem həllini hələ də tapmayıb. Son 3 ildə bu problem mövcud olsa da, həllinə dair hansısa ciddi addımlar atılmamasının səbəbi nədir? İlin sonuna qədər problemli kreditlərin həlli yolunda hansısa gözləntilər varmı? Ümumiyyətlə, problemin həlli üçün nə qədər vəsaitə ehtiyac var?

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı-ekspert Məhəmməd Talıblı və “Antikollektor” MMC-nin direktoru, bank üzrə mütəxəssis Əkrəm Həsənovun fikirlərini öyrənib.

Məhəmməd Talıblı: “Maraqlı tendensiya ondan ibarətdir ki, problemli kreditlərin azalması yox, daha çox artmasını müşahidə edirik”.

Problemli kreditlərin artmasına səbəbin müəyyən seqmentlərində gəlirlilik səviyyəsinin azalması ilə bağlı olduğunu qeyd edən iqtisadçı-ekspert Məhəmməd Talıblıya görə, problemin həlli yolunda risklərin minimumlaşması üçün ciddi addımların atılmaması vəziyyəti daha da qəlizləşdirir:

“Problemli kreditlərin artması biznesin imkanlarının məhdudlaşması və əhali gəlirlərinin azalması ilə bağlı daha da artır. Çünki biznes və istehlak kreditləri əsasən bu subyektlər tərəfindən götürülür. Onların gəlirlərində müəyyən risklər yaranmış olursa, bu, eyni zamanda kreditlərin geriyə dönüşündə də müəyyən problemlər yaratmış olur. Deməli, əsas səbəb kimi bazarın müəyyən seqmentlərində gəlirlilik səviyyəsinin azalması ilə bağlıdır. Digər tərəfdən xüsusilə istehlak kreditlərində problemli kreditlərin yaranması bəzi sahələrdə ixtisarların olması və iş yerlərinin itirilməsi ilə bağlıdır.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Üçüncü səbəb isə bankların müştərilərlə bağlı güzəşt imkanlarının tanınmaması və onlara verdikləri kreditlərə əlavə dəbbələrin tətbiq olunmasıdır. Əksər banklar problemli kreditlərin yaranması zamanı yumşaldıcı mexanizmlər tapmaq əvəzinə, faiz cərimələrini müştəri üzərində saxlamaqla və ya artırmaqla krediti tezliklə geri alacağını düşünürlər. Bu, səhv siyasətdir. Bu banklar tərəfindən olunan təzyiq problemli kreditləri daha da şiddətləndirir.

Məhz çoxsaylı səbəblərə görədir ki, bizdə problemli kreditlərin artmasına beynəlxalq normaları keçdiyini deməyə imkan verir. Maraqlı tendensiya ondan ibarətdir ki, problemli kreditlərin azalması yox, daha çox artmasını müşahidə edirik. Çox təəssüf ki, bank institutlarına elə gəlir ki, krediti qaytarmaq yalnız müştərilərin problemidir, o da necə olursa-olsun qaytarmalıdır, vəssəlam. Onu doğuran səbəblər və preventiv(önləyici) addımların atılması və risklərin minimumlaşması üçün ciddi təşəbbüsləri çox təəssüf ki, görə bilmirik”.

Əkrəm Həsənov: “Problemli kreditlərin mütləq əksəriyyəti bank sahiblərinin və rəhbərlərinin yaxınlarına, hətta öz şirkətlərinə verdiyi kreditlərdir”.

Problemli kreditlərin əksəriyyətinin sıravi vətəndaşlara məxsus olmadığını vurğulayan bank üzrə mütəxəssis Əkrəm Həsənov bildirib ki, həmin kreditləri mənimsəyən insanlar üzə çıxarılsa, problemin həllində müsbət nəticəyə nail oluna bilər:

“Problemli kreditlərin mütləq əksəriyyəti bank sahiblərinin və rəhbərlərinin yaxınlarına, hətta öz şirkətlərinə verdiyi kreditlərdir. Guya sahibkarlıq subyektlərinə veriblər. Gedər-gəlməzə verilən pullardır. Faktiki olaraq, mənismlənilən pullardır. Təbii, onların qayıtmasında maraqlı deyillər. Buna görə də Maliyyə Bazarlarına Nəzarət Palatası hüquq-mühafizə orqanları ilə bərabər bu kreditləri üzə çıxarmalıdır. Çətin iş deyil.

Uzunmüddətli, iri məbləğdə, aşağı faiz dərəcəsi ilə, girovsuz və ya kiçik girovla kredit gördünüzsə, bilin ki, böyük ehtimalla süni yaradılmış problemdir. Belə halları müəyyən edib təqsirkarlardan pulu qaytarmağı tələb etmək lazımdır. Niyə bunu etmirlər? Yəqin ki, subyektiv məqamlar var. Etsələr, problemin azı 70%-i həll olunacaq. Qalacaq digər problemli kreditlər...

Yəni, həqiqi problemli kreditlər. Orada da bəzi borclular artıq müflisdir, onların borcu silinmədir. Bir qism borclular isə müflis deyil, amma imkanları yaxşı deyil. Onlara güzəştlər etmək olar. Nəticədə bankların itkiləri cüzi olacaq və dövlət onlara bu itkiləri örtməkdə dəstək verə bilər. Bir sözlə, soyuq baş, təmiz əllər, savad lazımdır ki, bu işi həll etsinlər”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putinin Ermənistanla bağlı planı üzə çıxdı - Oktyabrda başlayacaq

Bakıda sükan arxasındakı qızın bu hərəkəti müzakirə yaratdı - Video

Sabiq icra başçısının oğlu məhkəmə qarşısında

Mərhum sənətkarın oğlu: "Ölümündən altı ay əvvəl yaşananlar bizə hələ də qaranlıq qalır"

Bakı metrosunda dəhşətli hadisə: Qatar relslərə yıxılan vətəndaşın üstündən keçdi - Yenilənib

Ordumuzun nəzarətinə keçən məşhur körpü - Foto

İstanbulda Bələdiyyə Başçısı çökən bina ilə bağlı son vəziyyəti açıqlayıb - Yenilənib

“Real Madrid” 15-ci dəfə Çempionlar Liqasının qalibi olub

Ən çox oxunanalar