Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Priqojinin Trampı iqtidara gətirən “trollar fabriki” ilə bağlı şok detallar...

Yevgeni Priqojinin “trollar fabriki” adlandırılan “Patriot” media holdinqi, demək olar ki, bir həftədir fəaliyyət göstərmir və yaxın gələcəkdə sahibini dəyişə bilər...

Poliqon xəbər verir ki, bu barədə “The Bell” saytı məlumat yayıb.

Məlumata əsasən, Priqojinin rəhbərlik etdiyi “Patriot” media holdinqinin əməkdaşlarının əksəriyyəti ötən həftə sonu qiyam başlayandan sonra işə gəlməyiblər. Eyni zamanda holdinqin binasında axtarış aparılıb, hüquq-mühafizə orqanlarının əməkdaşları serverlərə əl qoyublar.

“Əgər veb saytlarda və sosial şəbəkələrdə yenilikləri görünürsə, deməli, bu, ayrı-ayrı komandaların təşəbbüsüdür, daha mərkəzləşdirilmiş idarəetmə yoxdur”, - deyə qaynaqlardan biri sayta danışıb.

Priqojinin qiyamından öncə onun media aktivlərini Sankt-Peterburqda “RİA Novosti” və “Komsomolskaya Pravda”nın keçmiş əməkdaşı İlya Qorbunov idarə edirdi.

Həftənin əvvəlində Qorbunov Priqojinin 2019-cu ildə qurulan “Patriot” media holdinqinin potensial yeni sahibləri ilə danışıqlar aparıb. “Patriot”a Federal Xəbər Agentliyi (“RİA FAN”), həmçinin “Politika seqodnya”, “Nevsky News”, “Narodnıe novosti” və s. daxildir. Qiyam başlayandan bəri Rusiyada “RİA FAN” saytı bloklanıb.

“The Bell” Milli Media Qrupunun (NMG) sahibi Yuri Kovalçuku “Patriot” holdinqinin yeni sahibi hesab edir.

“RİA FAN”ın əməkdaşları Qorbunovun özü ilə əlaqə saxlaya bilmirlər. Onun Rusiyanı tərk etdiyi ehtimal olunur.

Xatırladaq ki, Yevgeni Priqojinin rəhbərlik etdiyi “trollar fabriki” 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilədə ittiham olunur. (Musavat.com)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Neytral mövqe tutan ölkələr Putinə nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq edib

Ən çox oxunanalar