Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin Ehtiyat Fondunun vəsaitinin artırılması təklif olunub

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Prezidentin Ehtiyat Fondunun vəsaitinin artırılmasını təklif edib...

O, parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində çıxışı zamanı bildirib ki, hər hansı gözlənilməz hal olduqda bunun qarşısının vaxtında alınması üçün Prezident İlham Əliyevin kifayət qədər imkanı olmalıdır.

Onun sözlərinə görə, adətən, ayrı-ayrı strukturlar yığılan vəsaitin müəyyən hissəsini əlavə olaraq saxlayır: “Hesab edirəm ki, kim regionlarda yaxşı işləyib vəsait yığırsa, müəyyən hissəsi əlavə olaraq saxlanılmalıdır. Bu vəsait də sonradan həm quruculuq işlərinə, həm də müəyyən sosial ödənişlər üçün sərf oluna bilər. Bəzən gözlənilməz təbiət hadisəsi olur. Bura zəlzələ, daşqın və s. hallar daxildir. Təklif edirəm ki, Prezidentin Ehtiyat Fondu artırılsın. Bu gün azad olunan ərazilərdə bərpa-quruculuq işləri də sürətlə davam edir. Ona görə də hər hansı gözlənilməz halların olması qaçılmazdır. Bu baxımdan, dövlət başçısının zəruri vəsaiti anında həmin hadisələrin qarşısını almağa ayıra bilməsi üçün kifayət qədər imkanı olmalıdır”.(report)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ən çox oxunanalar