Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: “Şərq Tərəfdaşlığı” ilə bağlı müsbət və yaxud mənfi fikirlər söyləməkdə çətinlik çəkirəm...

Brüsseldə Avropa İttifaqı ilə “Şərq Tərəfdaşlığı” ölkələrinin XİN başçılarının iclası keçirilir...

Qabil Hüseynli: “Avropa İttifaqı ilə “Şərq Tərəfdaşlığı” ölkələrinin XİN başçılarının iclası çox faydalı prosesdir”.

“Bu məsələnin Azərbaycan üçün nə qədər əhəmiyyətli olub-olmamasını söyləmək o qədər də asan deyil”.

Bu sözləri politoloq Qabil Hüseynli Avropa İttifaqı ilə “Şərq Tərəfdaşlığı” ölkələrinin XİN başçılarının keçirilən iclasını Poliqon-a şərh edərkən qeyd edib.

Hazırda Brüsseldə Avropa İttifaqı ilə “Şərq Tərəfdaşlığı” ölkələrinin XİN başçılarının iclası keçirilir. Dünyada və regionda baş verən siyasi-hərbi proseslər fonunda “Şərq Tərəfdaşlığı” layihəsi Azərbaycan üçün nə qədər faydalıdır və bu layihə çərçivəsində Azərbaycanın maraqları nə qədər təmin edilir?

“Şərq Tərəfdaşlığı” layihəsi Azərbaycan üçün faydalarını Poliqon-un əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “İndi “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində Azərbaycanla Avropa Birliyinin ikitərəfli əlaqələri davam etdirilir”.

Bununla bağlı müsbət və yaxud mənfi fikirlər söyləməkdə çətinlik çəkən politoloq qeyd edib ki, eyni zamanda Azərbaycan Avropa Birliyi ilə münasibətləri yaxşılaşdırmaq üçün səylərini artırır:

Avropa İttifaqı ilə “Şərq Tərəfdaşlığı” ölkələrinin XİN başçılarının iclası çox faydalı prosesdir. Əvvəlki görüşlərdə Azərbaycan “Şərq Tərəfdaşlığı” Proqramına assosiativ üzv olmaqdan imtina edərək ikitərəfli əlaqələrə üstünlük verdiyini bildirib. İndi “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində Azərbaycanla Avropa Birliyinin ikitərəfli əlaqələri davam etdirilir.

Bu məsələnin Azərbaycan üçün nə qədər əhəmiyyətli olub-olmamasını söyləmək o qədər də asan deyil. Şəxsən mən bununla bağlı müsbət və yaxud mənfi fikirlər söyləməkdə çətinlik çəkirəm. Amma eyni zamanda Azərbaycan Avropa Birliyi ilə münasibətləri yaxşılaşdırmaq üçün səylərini artırır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar