Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polad Bülbüloğlu: Mina problemi məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıtmasına maneə olur

Azərbaycanın Ermənistanın işğalından azad olunan ərazilərində mina problemi məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıtmasının qarşısını alır...

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan anım tədbirində çıxışında bildirib.

O, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi və Azərbaycanın dinc mülki əhalisinə qarşı, eləcə də regionda görülən bərpa işlərinə təhlükə yaratmaqda davam edən mina terroru probleminə toxunaraq vurğulayıb ki, bu problem məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıtmasına maneə olur: "Vətən Müharibəsi başa çatan 2020-ci ildən bu günə qədər mina terrorunun qurbanlarının sayı 344 nəfərə çatıb, onlardan 65-i dünyasını dəyişib. Bu, taleyi alt-üst olmuş, xəyalları qırılmış, psixikası zədələnmiş 344 ailə deməkdir. Azərbaycan tərəfi dəfələrlə Ermənistandan mina xəritələrini tələb edib. Onlar əvvəlcə bu xəritələrin mövcudluğunu tamamilə inkar edirdilər, sonra isə minaların yeri barədə ya yalan, ya da tam olmayan məlumatlar verirdilər. Erməni tərəfinin bu yaxınlarda təqdim etdiyi real koordinatları olmayan mina formulyarlarının da faydası olmadı. Bu, bir daha Ermənistanın regionda sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olmasına töhfə vermək əzmində olmamasından xəbər verir".

Səfir əlavə edib ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 3865 azərbaycanlının taleyi hələ də naməlum olaraq qalır. "Ermənistan hələ də onlar haqqında müvafiq məlumat verməkdən imtina edir. Xüsusi vurğulamaq istərdim ki, ölkəmiz Azərbaycan-Ermənistan dövlətlərarası münasibətlərinin normallaşmasına sadiq qalaraq beynəlxalq öhdəliklərə əməl edilməsində, Ermənistanın ərazi iddialarından imtina etməsində israrlıdır. Hesab edirik ki, bu gün regionun dinc inkişafından başqa alternativ yoxdur.
Sonda xüsusilə qeyd etmək istərdim ki, 30 il keçməsinə baxmayaraq, dinc əhaliyə qarşı törədilən qəddar cinayətləri unutmaq çox çətindir. Biz bu cür faciələrin unudulmasına və bir daha təkrarlanmasına imkan verə bilmərik”, deyə səfir Polad Bülbüloğlu qeyd edib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Ən çox oxunanalar