Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Petkim”də gələn aydan planlaşdırılmış təmir işləri başlayacaq

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan Türkiyənin yeganə neft-kimya kompleksi “Petkim”də oktyabrın 1-dən 63 günlük planlaşdırılmış əsaslı təmir işləri başlayacaq

“Report” xəbər verir ki, bu barədə “Petkim” Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu - KAP) məlumat yayıb.

“İstehsalat kompleksimizdə hər 4 ildən bir həyata keçirilən geniş profilaktik təmir işlərinin bu il oktyabrın 1-də başlaması və təxminən 63 gün davam etməsi planlaşdırılır. Bu işlər çərçivəsində istehsalatda müxtəlif müddətlərdə planlaşdırılmış dayandırmalar olacaq”, - məlumatda qeyd edilib.

Qeyd edilib ki, Etilen zavodunda planlaşdırılmış təmirə dayanmanın 45 gün davam etməsi gözlənilir. Bu müddətdə başda polimerlər olmaqla böyük ölçüdə satışları mövcud ehtiyatların qarşılayacağı hesab edilir.

Xatırladaq ki, 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı SOCAR olub. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir.

pia.az


Etiket: “Petkim”

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilib    

Ən çox oxunanalar